Korporativ Bankçılıq Departamenti – Şöbə rəisi

Korporativ Bankçılıq Departamenti / Kiçik və Orta Biznes kreditləşməsi şöbəsi (Baş ofis)
Vəzifə öhdəlikləri:
Kiçik və orta biznes subyektləri ilə əlaqələrin qurulmasını, Bankın məhsul və xidmətlərinin səmərəli satışını və xidmətin yüksək səviyyədə təmin olunmasını təşkil etmək Müştəri müraciətləri üzrə biznes analizini aparmaq, maliyyə hesabatları ilə işləməyi bacarmaq Tabeçiliyində olan müştəri menecləri üçün hədəf planlarını tərtib etmək, menecerlərin fəaliyyətinə və planın icrasına nəzarət etmək Banka yeni müştərilərin cəlb edilməsi məqsədilə müxtəlif növ biznes nümayəndələri ilə görüşlər təşkil etmək və maliyyələşmə üzrə təklif paketlərini hazırlamaq Bankın müştəri bazasının dinamikasını izləmək, rəqib bankların üstün və fərqli cəhətlərini öyrənmək, SWOT təhlil aparmaq və müştəri bazasının genişləndirilməsi üzrə təkliflər vermək Məhsul və xidmətlərin satışı üzrə hədəflərə nail olmaq məqsədilə əlaqədar struktur bölmələrlə birlikdə müvafiq tədbirlər planı hazırlamaq və həyata keçirilməsini təşkil etmək Bankda yeni məhsul və xidmətlərin yaradılması üzrə təkliflər vermək, tətbiq layihələrinin hazırlanmasında iştirak etmək Maliyyələşdirilmiş müştərilərin maddi dayanıqlığının ölçülməsi məqsədilə Bankda aparılan əməliyyatları analiz edərək, hesabatlılığı aparmaq, təhlil nəticələrini rəhbərliyə təqdim etmək
Namizədə olan tələblər:
Ali təhsil (Maliyyə, iqtisadiyyat, bankçılıq və s. əlaqəli ixtisaslar) Bankda Kiçik və orta biznes subyektlərinə xidmət və maliyyələşmə (kreditləşmə) sahəsində minimum 3 il iş təcrübəsi Azərbaycan dili – səlis, rus dili – yaxşı, ingilis dili – orta Kompüter proqramlarında işləmək qabiliyyəti ( Bank əməliyyat sistemləri, MS Office ) İdarəçilik bacarığı Analitik təhlil etmə, biznes analizi və maliyyə təhlili aparmaq bacarığı İşgüzar ünsiyyət qurmaq və komanda tərkibində işləmək bacarığı Yaradıcı təxəyyülə malik, məsuliyyətli, peşəkar və enerjili olmaq

Azer Turk Bank

Əlaqə İnformasiya:
cv@atb.az, +994557770945 , https://atb.az/karyera-merkezi/

Yayım tarixi
Bu səhifəni Paylaş - Saxla Yadda Paylaş FaceBook Paylaş Twitter Paylaş MAIL.ru Paylaş WhatsApp