Korporativ Bankçılıq Departamenti – Mütəxəssis

Korporativ Bankçılıq Departamenti / Korporativ satış şöbəsi (Baş ofis)
Vəzifə öhdəlikləri:
Banka yeni müştərilərin cəlb edilməsi məqsədilə müxtəlif biznes nümayəndələri ilə görüşlər keçirmək; Portfelində olan korporativ müştərilərlə daim ünsiyyətdə olmaq, tələbatlarını öyrənmək, sorğu və təkliflərini aidiyyatı üzrə müvafiq strukturlara yönləndirmək; Korporativ müştərilərə xidmət prosesində meydana çıxan məsələlərin həlli üzrə işləri koordinasiya etmək; Korporativ müştərilərə tam və keyfiyyətli xidmətin təşkil edilməsi məqsədilə satış nöqtələrində hüquqi şəxslər və fərdi sahibkarlara xidmət göstərən əməkdaşların fəaliyyətinə nəzarət etmək.
Namizədə dair tələblər:
Ali təhsil; Azərbaycan və Rus dillərini səlis bilməli, İngilis dili arzuolunandır; Satış sahəsində minimum 2 il, Bankda satış sahəsində minimum 1 il iş təcrübəsi; Analitik təhliletmə qabiliyyəti; İşgüzar ünsiyyət qurmaq və komanda tərkibində işləmək bacarığı; MS Office proqramlarından istifadə bacarığı.

Azer Turk Bank

Əlaqə İnformasiya:
cv@azerturkbank.az, +994557770945 , cv@atb.az, atb.az/karyera-merkezi/

Yayım tarixi

Bu səhifəni Paylaş -
Saxla Yadda Paylaş FaceBook Paylaş Twitter Paylaş MAIL.ru Paylaş WhatsApp