Təchizat şöbəsinin Bazar araşdırmaları sektorunun baş mütəxəssisi

Vakansiyanın adı: Təchizat şöbəsinin Bazar araşdırmaları sektorunun baş mütəxəssisi
Əsas vəzifə və öhdəliklər:
Dövlət satınalmaları üzrə ehtimal olunan qiymətin formalaşdırılması istiqamətində işlər görmək; Bazar araşdırması ilə əlaqədar icra edilmiş işlərin yoxlanılması və hesabatların hazırlanması; Bazarın təhlili, tələb olunan materialların yerli və xarici bazarda araşdırılması, təchizatçı bazasının hazırlanması və təhlilini təşkil etmək; Satınalma tərəfindən ünvanlanmış sorğular üzrə təchizatçıların analizi və digər prosseslərin effektiv idarəolunması; Tədarükçü bazasının formalaşdırılması və mütəmadi olaraq yenilənməsi; Hesabatların hazırlanması və analizi, satınalma sorğularının hazırlanması, təchizatçıların analizi, sənədləşmə prosesinin və digər prosseslərin effektiv idarəolunmasını təşkil etmək; Müqavilələrin həyata keçirilməsi və nəzarətdə saxlanılması, müqavilə şərtlərinin müəyyən olunmasına nəzarət etmək; Həvalə edilmiş işlərin səlahiyyəti çərçivəsində tam və vaxtında icra etməsi. Tələb olunan təhsil və bacarıqlar: Ali təhsil; “Dövlət Satınalmaları haqqında” Azərbaycan Respublikası Qanunu bilməli; Təchizat və satınalma prossesləri və ümumi prinsipləri bilməli; MS Office proqramları və ERP üzrə işləmə bacarığı; Məsuliyyətli, diqqətli və ünsiyyətcil olmalı; Satınalma prosesləri və ümumi prinsipləri anlamaq; Bazarı təhlil etmək bacarığı; Təchizat sahəsində sənəd dövriyyəsinin təşkili və aparılması bacarığı; Azərbaycan dilini mükəmməl, rus və ingilis dillərini yaxşı səviyyədə bilməli. Tələb olunan iş təcrübəsi: Təchizat sahəsində ən azı 2 il iş təcrübəsi
Göstərilən tələblərə uyğun namizədlər öz CV-lərini mailin mövzu hissəsinə mütləq Bazar araşdırmaları üzrə baş mütəxəssis qeyd etməklə (əks halda belə müraciətlərə baxılmayacaq)   elektron ünvanına göndərə bilərlər. Müraciət edən namizədlərdən yalnız namizədliyi vakansiyaya uyğun olanlarla əlaqə saxlanılacaq.

AzerGold

Əlaqə İnformasiya:
cv@azergold.az

Yayım tarixi

Bu səhifəni Paylaş -
Saxla Yadda Paylaş FaceBook Paylaş Twitter Paylaş MAIL.ru Paylaş WhatsApp