Strateji planlaşdırma və təhlil üzrə aparıcı mütəxəssis

Vakansiyanın adı: Strateji planlaşdırma və təhlil üzrə aparıcı mütəxəssis
Əsas vəzifə və öhdəliklər:
Cəmiyyətin strateji, taktiki və investisiya planlarının hazırlanması və təhlil edilməsi; Şirkətin fəaliyyətinin iqtisadi səmərəliliyini təhlil etmək və səmərəliliyin artırılması üçün müvafiq təkliflər vermək; Ölkə üzrə və qlobal iqtisadiyyat üzrə əsas makroiqtisadi göstəriciləri, orta və uzunmüddətli dövrlər üçün iqtisadi proqnozları təhlil etmək; Sahənin inkişafı ilə bağlı strateji əməkdaşlıqların yaradılması, tərəfdaşların tapılmasını təmin etmək; Dünyada qiymətli və əlvan metallar üzrə bazar məlumatlarını və qiymət trendlərini təhlil etmək; Sahəvi layihələrin büdcə və vaxt qrafiklərinin icra olunmasına nəzarət edilməsi və gedişatı haqqında rəhbərliyə dövrü hesabatların hazırlanması və təqdim edilməsi; Cəmiyyətin maliyyə pozisiyasının təhlili və optimallaşdırma təkliflərinin hazırlanması;
Tələb olunan bilik, bacarıq və səriştələr:
Komanda ruhu, təşkilatçılıq, ünsiyyət, münasibətlərin qurulması, təlim keçmə bacarığı, şəxsi və peşəkar inkişaf, analitik düşüncə və riyazi biliklər, hesabat yazma səriştəsi; Dil və komputer bilikləri: Azərbaycan dili (mükəmməl), İngilis və Rus dilləri (səlis), Microsoft Office və digər proqramlar Fərqli maliyyə alətlərinin işləmə mexanizmləri barədə ümumi bilik.
Tələb olunan təhsil və iş təcrübəsi:
İqtisadiyyat, maliyyə, mühəndislik ixtisasları üzrə ali təhsil; Minimum 2-3 il müvafiq sahədə iş təcrübəsi.
Göstərilən tələblərə uyğun namizədlər öz CV-lərini mailin mövzu hissəsinə mütləq Strateji planlaşdırma və təhlil üzrə aparıcı mütəxəssis qeyd etməklə (əks halda belə müraciətlərə baxılmayacaq)   elektron ünvanına göndərə bilərlər. Müraciət edən namizədlərdən yalnız namizədliyi vakansiyaya uyğun olanlarla əlaqə saxlanılacaq.

AzerGold

Əlaqə İnformasiya:
cv@azergold.az

Yayım tarixi

Bu səhifəni Paylaş -
Saxla Yadda Paylaş FaceBook Paylaş Twitter Paylaş MAIL.ru Paylaş WhatsApp