Strategiya və biznesin inkişafı üzrə baş mütəxəssis

Əsas vəzifə və öhdəliklər:
Cəmiyyətin strateji, taktiki və investisiya planlarının hazırlanması və ya təhlil edilməsi; Cəmiyyətin maliyyə vəziyyətinin qiymətləndirilməsi; Maliyyə mənbələrinin axtarılması, qiymətləndirilməsi və təkliflərin hazırlanması; Maliyyə modellərinin hazırlanması və təhlili; Cəmiyyətin maliyyə pozisiyasının təhlili və optimallaşdırma təkliflərinin hazırlanması; Mədən sənayesi sektorunun təhlil edilməsi, bazar riski və imkanlarının qiymətləndirilməsi; Cəmiyyətdə həyata keçirilən iri layihələrin icrası ilə bağlı monitorinqin aparılması. Cəmiyyətin fəaliyyətinin iqtisadi səmərəliliyini təhlil etmək və səmərəliliyin artırılması üçün müvafiq təkliflər vermək. Yerli və beynəlxalq əlaqələrinin qurulmasında və inkişafında iştirak etmək.
Tələb olunan bilik, bacarıq və səriştələr:
Komanda ruhu, təşkilatçılıq, ünsiyyət, münasibətlərin qurulması, təlim keçmə bacarığı, şəxsi və peşəkar inkişaf, analitik düşüncə və riyazi biliklər, hesabat yazma səriştəsi; Dil və komputer bilikləri: Azərbaycan dili (mükəmməl), İngilis və Rus dilləri (səlis), Microsoft Office və digər proqramlar Müxtəlif peşə (ACCA, CPA, CFA və s.) kvalifikasiyalarına malik olmaq arzu olunandır; Fərqli maliyyə alətlərinin işləmə mexanizmləri barədə ümumi bilik.
Tələb olunan təhsil və iş təcrübəsi:
İqtisadiyyat, maliyyə, uçot və audit yönümlü ixtisaslar üzrə ali təhsil; Minimum 3 il müvafiq sahədə iş təcrübəsi.
Göstərilən tələblərə uyğun namizədlər öz CV-lərini mailin mövzu hissəsinə mütləq Strategiya və biznesin inkişafı üzrə baş mütəxəssis qeyd etməklə (əks halda belə müraciətlərə baxılmayacaq)   elektron ünvanına göndərə bilərlər. Müraciət edən namizədlərdən yalnız namizədliyi vakansiyaya uyğun olanlarla əlaqə saxlanılacaq.

AzerGold

Əlaqə İnformasiya:
cv@azergold.az

Yayım tarixi

Bu səhifəni Paylaş -
Saxla Yadda Paylaş FaceBook Paylaş Twitter Paylaş MAIL.ru Paylaş WhatsApp