Strategiya və biznesin inkişafı üzrə baş/aparıcı mütəxəssis

Vakansiyanın adı: Strategiya və biznesin inkişafı üzrə baş/aparıcı mütəxəssis 
Əsas vəzifə və öhdəliklər:
Cəmiyyətin strateji, taktiki və investisiya planlarının hazırlanması və ya təhlil edilməsində aktiv iştirak etmək; Maliyyə mənbələrinin axtarılması, qiymətləndirilməsi və təkliflərin hazırlanması; Maliyyə modellərinin hazırlanması və təhlili; Cəmiyyətin maliyyə pozisiyasının təhlili və optimallaşdırma təkliflərinin hazırlanması; Mədən sənayesi sektorunun təhlil edilməsi, bazar riski və imkanlarının qiymətləndirilməsi; Cəmiyyətin investisiya fəaliyyətinin iqtisadi səmərəliliyini təhlil etmək və səmərəliliyin artırılması üçün müvafiq təkliflərin verilməsində iştirak etmək. Müxtəlif ssenarilər üzrə təhlillər aparılması;
Tələb olunan bilik, bacarıq və səriştələr:
Komanda ruhu, təşkilatçılıq, ünsiyyət, münasibətlərin qurulması, təlim keçmə bacarığı, şəxsi və peşəkar inkişaf, analitik düşüncə və riyazi biliklər, hesabat yazma səriştəsi; Dil və komputer bilikləri: Azərbaycan dili (mükəmməl), İngilis və Rus dilləri (səlis), Microsoft Office və digər proqramlar. Exceldə mürəkkəb funksiyalarla işləmək bacarığı Maliyyə hesabatlarının müxtəlif növ təhlili qaydalarını, eləcə də investisiyaların rentabelliyinin qiymətləndirilməsi üsullarını bilmək (NPV, IRR, PBP və s.) Maliyyə bazarları və fərqli maliyyə alətlərinin işləmə mexanizmləri barədə ümumi biliklər.
Tələb olunan təhsil və iş təcrübəsi:
  İqtisadiyyat, maliyyə, uçot və audit yönümlü ixtisaslar üzrə ali təhsil; Minimum 3 il müvafiq sahədə iş təcrübəsi. Maliyyə sahəsində müxtəlif kvalifikasiyalara malik olmaq arzu olunandır; Xüsusilə də CFA sahəsində Level 1 mərhələsi və ya ACCA kvalifikasiyasında F2, F5, F7 və F9 imtahanlarını keçmək üstünlükdür.
Göstərilən tələblərə uyğun namizədlər öz CV-lərini mailin mövzu hissəsinə mütləq “Strategiya və biznesin inkişafı üzrə baş/aparıcı mütəxəssis” qeyd etməklə (əks halda belə müraciətlərə baxılmayacaq)  elektron ünvanına göndərə bilərlər. Müraciət edən namizədlərdən yalnız namizədliyi vakansiyaya uyğun olanlarla əlaqə saxlanılacaq.

AzerGold

Əlaqə İnformasiya:
Rəsmi saytda Onlayn müraciət edin https://careers.azergold.az

Yayım tarixi
Bu səhifəni Paylaş - Saxla Yadda Paylaş FaceBook Paylaş Twitter Paylaş MAIL.ru Paylaş WhatsApp