Satış və layihələrin idarəolunması sektorunun baş mütəxəssisi

Vakansiyanın adı: Satış və layihələrin idarəolunması sektorunun baş mütəxəssisi
Əsas vəzifə və öhdəliklər:
Layihə planlama işlərinin həyata keçirilməsi; Lahiyələrin inzibatçılığının xüsusi proqram təminatı vasitəsi ilə avtomatlaşdırılmasına rəhbərlik edilməsi; Layihələrin büdcə və vaxt qrafiklərinin icra olunmasına nəzarət edilməsi; Layihə üzrə aparılan işlərin Cəmiyyətin digər struktur bölmələri ilə koordinasiya edilməsi; Layihələrin gedişatı haqqında rəhbərliyə dövrü hesabatların hazırlanması və təqdim edilməsi; Maliyyə modellərinin hazırlanması və təhlili; Mədən sənayesi sektorunun təhlil edilməsi, bazar riski və imkanlarının qiymətləndirilməsi; Cəmiyyətə məxsus olan bütün məhsulların satışında iştirak, satışla bağlı zəruri işlərin həyata keçirilməsi.
Tələb olunan bilik, bacarıq və səriştələr:
Analitik düşüncə və riyazi biliklər, hesabat yazma səriştəsi, komanda ruhu, təşkilatçılıq, ünsiyyət, münasibətlərin qurulması, şəxsi və peşəkar inkişaf; Dil və komputer bilikləri: Azərbaycan dili (mükəmməl), İngilis və Rus dilləri (səlis), Microsoft Office və digər proqramlar Fərqli maliyyə alətlərinin işləmə mexanizmləri barədə ümumi bilik.
Tələb olunan təhsil və iş təcrübəsi:
İqtisadiyyat, maliyyə, mühəndislik ixtisasları üzrə ali təhsil; Minimum 5 il müvafiq sahədə iş təcrübəsi.
Göstərilən tələblərə uyğun namizədlər öz CV-lərini mailin mövzu hissəsinə mütləq Satış və layihələrin idarəolunması sektorunun baş mütəxəssisi qeyd etməklə (əks halda belə müraciətlərə baxılmayacaq)   elektron ünvanına göndərə bilərlər. Müraciət edən namizədlərdən yalnız namizədliyi vakansiyaya uyğun olanlarla əlaqə saxlanılacaq.

AzerGold

Əlaqə İnformasiya:
cv@azergold.az

Yayım tarixi

Bu səhifəni Paylaş -
Saxla Yadda Paylaş FaceBook Paylaş Twitter Paylaş MAIL.ru Paylaş WhatsApp