Mühəndis texnoloq / Təmir – tikinti və energetika şöbəsi / Elektro-mexanika sektoru

Əsas vəzifə və öhdəliklər:
• Tikinti işləri üzrə layihələrin planlaşdırılmasında (məqsəd və vəzifələr, mərhələ və tədbirlərin ardıcıllığı) iştirak etmək;• Texnoloji proseslərin aparılması, tikinti-quraşdırma və istehsalat proseslərinin texnoloji sxemlərə, layihələrə və hesabatlara uyğun aparılmasının təmin edilməsində iştirak etmək;• Tikinti işlərinin plana və büdcəyə uyğun aparılmasına, kənarlaşmaların müvafiq qaydada sənədləşdirilməsi və əsaslandırılmasına nəzarət edilməsində iştirak etmək;• Tikinti işlərinin texnoloji ardıcıllıqla həyata keçirilməsinə və tikinti işlərinin layihə üzrə icra olunmasına nəzarət edilməsində iştirak etmək;• Layihə smeta sənədləri üzrə podratçı təşkilatlardan rəylərin alınmasını təmin edilməsində, layihələrin icrası üzrə işlərə nəzarət edilməsində iştirak etmək;• Başa çatmış tikinti-quraşdırma işlərinin qəbulunda iştirak etmək;• Layihə təşkilatları tərəfindən işlənib hazırlanmış texnoloji cizgilərin hesabatların komplektləşdirilmiş olmasının və keyfiyyətinin yoxlanmasının, eləcə də qəbulunun təşkil edilməsində iştirak etmək;• Tikinti işləri üzrə işlərin sənədləşməsinin düzgünlüyünü və onların saxlanma qaydasına uyğun olaraq qeydiyyatlarının dəqiq aparılmasının təmin edilməsində iştirak etmək;• Layihələrin təqvim üzrə planlamasının yerinə yetirilməsində iştirak etmək;
Tələb olunan bilik, bacarıq və səriştələr:
• Müvafiq qanunvericilik aktları və normalarını;• Komanda ruhu, təşkilatçılıq, ünsiyyət, münasibətlərin qurulması, şəxsi və peşəkar inkişaf, hesabat yazma səriştəsi;• Dil və komputer bilikləri: Azərbaycan dili (mükəmməl), İngilis və Rus dilləri (arzuolunandır), Microsoft Office və AutoCAD proqramları;
Tələb olunan təhsil və iş təcrübəsi:
• Müvafiq sahə üzrə ali texniki təhsil; • Minimum 3 il müvafiq sahədə iş təcrübəsi.Müraciət edən namizədlərdən yalnız namizədliyi vakansiyaya uyğun olanlarla əlaqə saxlanılacaq.

AzerGold

Əlaqə İnformasiya:
Rəsmi saytda Onlayn müraciət edin https://careers.azergold.az

Yayım tarixi
Bu səhifəni Paylaş - Saxla Yadda Paylaş FaceBook Paylaş Twitter Paylaş MAIL.ru Paylaş WhatsApp