Əsas vəzifə və öhdəliklər:
· Davam edən əməyliyyatların təhlükəsiz və səmərəli şəkildə razılaşdırılmış hasilat planına uyğun olmasına dəstək vermək; · Gündəlik metallurgiya (metallurji balans) hesabatını hazırlamaq; · Gündəlik məhlul nümunəsini götürmək, məhlulda pH, sianid və qızıl-gümüş tərkibini nəticələrini yoxlamaq və müqayisələndirmək; · Bütün nümunələrin gündəlik toplanmasına təmin etmək; · Götürülən nümunələrin və nümunə götürülmə üsulunun yaxşı olmasını təmin etmək, tədqiq etmək və lazım olarsa inkişaf etdirmək; · Bütün testlərin standart əməliyyat prosedurları ilə uyğun olmasını təmin etmək; · Hasilat prosesində xammalın sərfinin uçotunu və nəzarətini təmin etmək; · Hasilat prosesi barədə rəhbərliyə günlük, həftəlik və aylıq hesabatların verilməsini təmin etmək; · Şöbəyə həvalə edilmiş vəzifələrin icrasını təmin etmək məqsədilə tərtib edilmiş iş planında nəzərdə tutulmuş tədbirlərin icra edilməsində iştirak etmək; · Əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək; · Əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək; · Əməyin təhlükəsizliyi normalarına əməl etmək; · Əmək qanunvericiliyinin tələblərinə əməl etmək.
Tələb olunan bilik, bacarıq və səriştələr:
Komanda ruhu, təşkilatçılıq, ünsiyyət, münasibətlərin qurulması, şəxsi və peşəkar inkişaf, hesabat yazma səriştəsi; İstehsalat sahələrinin beynəlxalq standartların tələblərinə uyğun idarəolunması qaydalarını bilməli;. Dil və komputer bilikləri: Azərbaycan dili (mükəmməl), İngilis və Rus dilləri yaxşı, Microsoft Office proqramlarını bilməli.
Tələb olunan təhsil və iş təcrübəsi:
Ali təhsil (müvafiq sahə üzrə); Minimum 2 il müvafiq sahədə iş təcrübəsi.
Göstərilən tələblərə uyğun namizədlər öz CV-lərini mailin mövzu hissəsinə mütləq Metallurq qeyd etməklə (əks halda belə müraciətlərə baxılmayacaq) elektron ünvanına göndərə bilərlər. Müraciət edən namizədlərdən yalnız namizədliyi vakansiyaya uyğun olanlarla əlaqə saxlanılacaq.
Əlaqə İnformasiya:
Rəsmi saytda Onlayn müraciət edin https://careers.azergold.az