Maliyyə şöbəsi, Büdcə və planlama sektorunun baş mütəxəssisi

Vakansiyanın adı: Maliyyə şöbəsi, Büdcə və planlama sektorunun baş mütəxəssisi
Əsas vəzifə və öhdəliklər:
Cəmiyyətin büdcə planının hazırlanması və təsdiqlənməsini təmin etmək; Balans, mənfəət və zərər, nağd pulun hərəkəti proqnozlarının hazırlanması; Xarici qurumlara rüblük hesabatlar göndərmək və göstəricilər üzrə izahlar vermək; Xərclər üzrə Cəmiyyət daxili şöbələrlə müzakirələr aparmaq və smeta göstəricilərinə əsasən qərarları formallaşdırmaq; Cəmiyyətin maliyyə strategiyasının və onun maliyyə sabitliyinin təməlinin hazırlanmasını təmin etmək; Biznes planlarının tərtibatı üçün materialları hazırlamaq; Cəmiyyətin dövri hesabatlarını qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada hazırlanmasını, onların icmallaşdırılmasını təhlil edərək rəhbərinə təqdim etmək; Əsas fondun cari və əsaslı təmirin, həmçinin digər əməliyyat və kapital təyinatlı layihələrin maliyyələşdirilməsinin qayda və meyarlarının müəyyən edilməsinində iştirak etmək; Müvafiq struktur bölmələrin büdcə planlamasında iştirakının təmini və koordinasiyasının təmin edilməsi; Büdcənin icrasına mütəmadi nəzarətin həyata kecirilməsi və icra vəziyyətinə dair hesabatların bölmə rəhbərinə təqdim olunması; Kənarlaşmalar barədə müvafiq struktur bölmələrinin xəbərdar edilməsi, büdcəyə düzəlişlərin həyata keçirilməsi; Büdcə xərclərinin səmərəliliyinin təhlilini aparılması və səmərəliliyinin artırılması üzrə təkliflərin verilməsi; Şirkətin daxili normativ sənədləri ilə müəyyən olunmuş müddətlərdə ilin hər rübü üzrə büdcənin icra vəziyyətini təhlil etməklə növbəti dövrlərin büdcələrinə düzəlişlər etmək üçün təkliflər verilməsi; Maliyyə hesabatlarının hazırlanması; Şirkətin hesabatlılıq sisteminin dəqiqliyinin və dolğunluğunun təmin edilməsində iştirak edilməsi; Hesabatların tərtib edilməsi üçün istifadə edilən əməliyyat sistemi və digər rəqəmsal məlumat mənbələrinin dolğunluğunun və düzgünlüyünün təmin edilməsi; Şirkətin rəhbərliyinə, habelə digər struktur bölmələrə aylıq, rüblük və.s hesabatların daxili qaydalarla razılaşdırılmış müddətdə təqdim edilməsi; Rəhbərlik və digər stukturlar tərəfindən birdəfəlik hesabatlarla bağlı sorğuların vaxtında cavablandırılması.
Tələb olunan bilik, bacarıq və səriştələr:
ACCA, CIMA, CPA və ya bunlara ekvivalent olan beynəlxalq sertifikatlar; Komanda ruhu, təşkilatçılıq, ünsiyyət, münasibətlərin qurulması, şəxsi və peşəkar inkişaf, hesabat yazma səriştəsi; Dil və komputer bilikləri: Azərbaycan dili (mükəmməl), İngilis və Rus dilləri arzuolunandır, Microsoft Office proqramları.
Tələb olunan təhsil və iş təcrübəsi:
Maliyyə ixtisası üzrə ali təhsil; İstehsalatda iş təcrübəsi arzuolunandır; Müvafiq sahədə 3 ildən az olmayan iş təcrübəsi
Göstərilən tələblərə uyğun namizədlər öz CV-lərini mailin mövzu hissəsinə mütləq maliyyə üzrə baş mütəxəssis qeyd etməklə (əks halda belə müraciətlərə baxılmayacaq)   elektron ünvanına göndərə bilərlər. Müraciət edən namizədlərdən yalnız namizədliyi vakansiyaya uyğun olanlarla əlaqə saxlanılacaq.

AzerGold

Əlaqə İnformasiya:
Rəsmi saytda Onlayn müraciət edin https://careers.azergold.az

Yayım tarixi
Bu səhifəni Paylaş - Saxla Yadda Paylaş FaceBook Paylaş Twitter Paylaş MAIL.ru Paylaş WhatsApp