Keyfiyyət idarəetmə sistemləri üzrə mütəxəssis

Əsas vəzifə və öhdəliklər:
Cəmiyyətin struktur bölmələrində keyfiyyətin idarəedilməsi sistemi və təminatı sahəsində görülən işlərin koordinasiyası və təşkili; Metodologiyanın hazırlanması və tətbiqi; Funksional prosedur və təlimatların yaradılması; Keyfiyyətin idarəedilməsi sistemlərinin tələb olunan bütün proseslərinin yaradılması və onların işə salınması; Keyfiyyətin idarəedilməsi sistemlərinin fəaliyyəti proseslərinin təkmilləşdirilməsi və inkişafının təmin edilməsi; Keyfiyyətin idarəedilməsi sistemlərinin monitorinqi və təhlilinin həyata keçirilməsi üçün məlumatların toplanılması, bu məlumatlar əsasında sistemin təhlil edilməsi, Keyfiyyətin İdarəedilməsi Sistemlərinin funksionallığı və zəruri yaxşılaşdırma tədbirlərinin görülməsi haqqında hesabatın rəhbərliyə təqdim edilməsi; İllik cədvəllərə uyğun yoxlamalar əsasında aşkar edilmiş uyğunsuzluqların aradan qaldırılması istiqamətində tənzimləyici və qabaqlayıcı tədbirlərin səmərəliliyinin planlaşdırılması və ona nəzarət; Cəmiyyətin təşkilatı strukturunun, struktur bölmələrində keyfiyyətin idarəedilməsi sistemi üzrə sənədlərin və prosedurların, o cümlədən, hazırlanan təlimatların monitorinqi və razılaşdırılması; Siyasətin, məqsədlərin, tədbirlər planının işlənib hazırlanmasının təşkili; Cari qarşılıqlı münasibətlər və əməkdaşlığın inkişafı məsələləri üzrə xarici təşkilatlarda və dövlət orqanlarında Cəmiyyəti səlahiyyətli nümayəndə qismində təmsilçilik; Müvafiq şöbə müdirinin göstərişi ilə Keyfiyyətin İdarəedilməsi Sistemləri ilə bağlı olan məsələlərdə, eləcə də Cəmiyyətin normativ sənədlərinin hazırlanmasında iştirak; Əmək funksiyalarına uyğun görülmüş işlər barədə şöbənin müdirinə (onun tələbinə əsasən) vaxtaşırı, verilən göstəriş və tapşırıqların icrası barədə isə dərhal məlumat verilməsi.
Tələb olunan bilik, bacarıq və səriştələr:
Komanda ruhu, təşkilatçılıq, ünsiyyət, münasibətlərin qurulması, təlim keçmə bacarığı, şəxsi və peşəkar inkişaf, hesabat yazma səriştəsi; Korporativ məlumat sistemində işləməyi bacarmalı; Keyfiyyətin İdarəedilməsi Sistemi sahəsində müvafiq sertifikatları olmalı; (İSO 9001:2015) Daxili audit sahəsində müvafiq sertifikatları olmalı; (İSO 19011:2011) Dil və komputer bilikləri: Azərbaycan dili (mükəmməl), İngilis və Rus dilləri arzuolunandır, Microsoft Office və digər proqramları bilməli.
Tələb olunan təhsil və iş təcrübəsi:
Ali təhsil; Minimum 2 il müvafiq sahədə iş təcrübəsi.
Göstərilən tələblərə uyğun namizədlər öz CV-lərini mailin mövzu hissəsinə mütləq Keyfiyyət idarəetmə sistemləri üzrə mütəxəssis qeyd etməklə (əks halda belə müraciətlərə baxılmayacaq)   elektron ünvanına göndərə bilərlər. Müraciət edən namizədlərdən yalnız namizədliyi vakansiyaya uyğun olanlarla əlaqə saxlanılacaq.

AzerGold

Əlagə İnformasiya:
cv@azergold.az

Yayım tarixi

Bu səhifəni Paylaş -
Saxla Yadda Paylaş FaceBook Paylaş Twitter Paylaş MAIL.ru Paylaş WhatsApp