İctimaiyyətlə əlaqələr şöbəsi, mütəxəssis

Vakansiyanın adı: İctimaiyyətlə əlaqələr şöbəsi, mütəxəssis
Əsas vəzifə və öhdəliklər:
Layihələrinin icrası və idarəedilməsi; Rəqəmsal marketinq fəaliyyətinin təşkili; Marketinq planlarının tərtib edilməsində iştirak; Müxtəlif tədbirlərin təşkili; PR məqsədli effektiv reklam materiallarının hazırlanması və tətbiq olunması; Sosial media platformalarına nəzarət; PR planların tərtib edilməsi və icrası; Rəhbərliyin tapşırıqlarının yerinə yetirilməsi.
Tələb olunan bilik, bacarıq və səriştələr:
Komandada işləmə, təşkilatçılıq, ünsiyyət və peşəkar münasibətlərin qurulması bacarıqları, yaradıcılıq qabiliyyəti, şəxsi və peşəkar inkişaf, aktivlik, çeviklik və məsuliyyətlilik, təşkilatın missiyasına sadiqlik. Marketinq sahəsində baza bilikləri olmalı;
Dil bilikləri:  Azərbaycan və Rus dillərində sərbəst danışıq və yazı bacarığı, İngilis dili arzuolunandır. Kompüter bilikləri: Microsoft Office proqramlarında işləmək bacarığı.
Tələb olunan təhsil və iş təcrübəsi:
Ali təhsil. Minimum 2 il müvafiq sahədə iş təcrübəsi.
Göstərilən tələblərə uyğun namizədlər öz CV-lərini mailin mövzu hissəsinə mütləq İctimaiyyətlə əlaqələr üzrə mütəxəssis qeyd etməklə (əks halda belə müraciətlərə baxılmayacaq)   elektron ünvanına göndərə bilərlər. Müraciət edən namizədlərdən yalnız namizədliyi vakansiyaya uyğun olanlarla əlaqə saxlanılacaq.

AzerGold

Əlaqə İnformasiya:
Rəsmi saytda Onlayn müraciət edin https://careers.azergold.az

Yayım tarixi
Bu səhifəni Paylaş - Saxla Yadda Paylaş FaceBook Paylaş Twitter Paylaş MAIL.ru Paylaş WhatsApp