Hüquqi təhlil və analiz sektorunun müdiri

Şirkət haqqında:
“AzerGold” QSC qiymətli və əlvan metal filizi yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, idarə olunması, hasilatı, emalı və satışı, bu sahədə yeni texnologiyaların tətbiqi, maddi-texniki bazanın müasirləşdirilməsi və ondan səmərəli istifadə, habelə bu sahənin inkişafı ilə bağlı digər işlərin yerinə yetirilməsi sahəsində fəaliyyət göstərir.
Vakansiyanın adı: Hüquqi təhlil və analiz sektorunun müdiri
Tələb olunan bilik, bacarıq və səriştələr:
Azərbaycan milli qanunvericiliyi (xüsusilə yerin təkindən istifadə, mədənçilik, torpaq qanunvericiliyi və ətraf mühitin mühafizəsi) üzrə dərin biliklərə malik olmalı; Dövlət qurumları ilə danışıqların aparılması, mübahisəli vəziyyətlərin idarəedilməsi üzrə təcrübəyə malik olmalı; Azərbaycan qanunvericiliyini Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilə və konvensiyalar kontekstində effektiv şərh və tətbiqetmə vərdişlərinə malik olmalı; Komanda ruhu, şəxsi və peşəkar inkişaf, analitik düşüncə və müxtəlif hüquq sahələri ilə əlaqəli təhlil etmə bacarığı, hesabat yazma səriştəsi; Dil və komputer bilikləri: Azərbaycan dili (mükəmməl), İngilis dili (mükəmməl), Microsoft Office və digər proqramları.
Tələb olunan təhsil və iş təcrübəsi:
Ali hüquq təhsili. Hüquqi təhlil ilə əlaqəli istiqamət üzrə (elmi tədqiqatalar, araşdırmalar) minimum 4 il iş təcrübəsi.
Göstərilən tələblərə uyğun namizədlər öz CV-lərini mailin mövzu hissəsinə mütləq  Hüquqi təhlil və analiz sektorunun müdiri qeyd etməklə (əks halda belə müraciətlərə baxılmayacaq) elektron ünvanına göndərə bilərlər. Müraciət edən namizədlərdən yalnız namizədliyi vakansiyaya uyğun olanlarla əlaqə saxlanılacaq.

AzerGold

Əlaqə İnformasiya:
cv@azergold.az

Yayım tarixi

Bu səhifəni Paylaş -
Saxla Yadda Paylaş FaceBook Paylaş Twitter Paylaş MAIL.ru Paylaş WhatsApp