Geoloji kəşfiyyat şöbəsi, Texnik-geoloq  (Daşkəsən rayonu, Çovdar Filiz Emalı sahəsi)

Şirkət haqqında:
“AzerGold” QSC qiymətli və əlvan metal filizi yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, idarə olunması, hasilatı, emalı və satışı, bu sahədə yeni texnologiyaların tətbiqi, maddi-texniki bazanın müasirləşdirilməsi və ondan səmərəli istifadə, habelə bu sahənin inkişafı ilə bağlı digər işlərin yerinə yetirilməsi sahəsində fəaliyyət göstərir.
Vakansiyanın adı: Geoloji kəşfiyyat şöbəsi, Texnik-geoloq  (Daşkəsən rayonu, Çovdar Filiz Emalı sahəsi)
Əsas vəzifə və öhdəliklər:
Əvvəllər yerinə yetirilmiş geoloji-kəşfiyyat işlərinin nəticələri ilə tanışlıq və nəticələrin əldə edilməsi; Kameral şəraitdə işləmək; Çöl şəraitində yerüstü sınaqlaşdırma və xəritəalma işlərini yerinə yetirmək; Buruq-qazma quyularına nəzarət, kern məhsullarının sənədləşdirilməsi; Çöl şəraitində toplanılmış materialların kameral şəraitdə işlənilməsi (məlumatların bazaya daxil olunması); Tələb olunan digər tapşırıqları yerinə yetirilməsi.  
Tələb olunan bilik, bacarıq və səriştələr:
Azərbaycan və ətraf regionun geoloji quruluşu haqqında biliklər; Nəcib və əlvan metal yataqlarının sənaye-genetik tipləri haqqında biliklər; Filiz və qeyri-filiz faydalı qazıntı yataqları haqqında biliklər; Yerüstü xəritəalma işlərinə dair ümumi anlayışa sahib olmaq; Yerli və xarici mütəxəsisslərlə işləmək bacarığı; Çöl şəraitində yaşamaq və işləmək bacarığı; Yüksək dağ şəraitində işləmək bacarığı; Microsoft Office proqramları ilə işləmək bacarığı; 2 ölçülü xəritəalma proqram təminatında (ArcGis) məlumatların bazaya daxil edilməsi, bazadan məlumatların əldə edilməsi;
Dil bilikləri:  Azərbaycan dilində sərbəst, İngilis və Rus dilləri arzuolunandır. Çöl şəraitində yerinə yetirdiyi işlərin nəticələrinin ümumi məlumatlar bazasına yerləşdirmək vərdişi; Komandada işləmə, təşkilatçılıq, ünsiyyət və peşəkar münasibətlərin qurulması bacarıqları, aktivlik, çeviklik və məsuliyyətlilik, təşkilatın missiyasına sadiqlik.
Tələb olunan təhsil və iş təcrübəsi:
Müvafiq sahə üzrə ali təhsil; Müvafiq sahə üzrə minimum 1 il iş təcrübəsi.
Göstərilən tələblərə uyğun namizədlər öz CV-lərini mailin mövzu hissəsinə mütləq Texnik-geoloq qeyd etməklə (əks halda belə müraciətlərə baxılmayacaq)  elektron ünvanına göndərə bilərlər. Müraciət edən namizədlərdən yalnız namizədliyi vakansiyaya uyğun olanlarla əlaqə saxlanılacaq.

AzerGold

Əlaqə İnformasiya:
cv@azergold.az

Yayım tarixi

Bu səhifəni Paylaş -
Saxla Yadda Paylaş FaceBook Paylaş Twitter Paylaş MAIL.ru Paylaş WhatsApp