Ekologiya üzrə mütəxəssis

Şirkət haqqında:
“AzerGold” QSC qiymətli və əlvan metal filizi yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, idarə olunması, hasilatı, emalı və satışı, bu sahədə yeni texnologiyaların tətbiqi, maddi-texniki bazanın müasirləşdirilməsi və ondan səmərəli istifadə, habelə bu sahənin inkişafı ilə bağlı digər işlərin yerinə yetirilməsi sahəsində fəaliyyət göstərir.
Vakansiyanın adı: Ekologiya üzrə mütəxəssis (Daşkəsən rayonu, Çovdar Filiz Emalı sahəsi)  
Əsas vəzifə və öhdəliklər:
Ətraf mühitin mühafizəsi qaydalarının tətbiq edilməsi və inkişaf etdirilməsi; Ekoloji pozuntuların müəyyənləşdirilməsi və həll edilməsi; Çirklənmə səviyyəsini müəyyən etmək üçün müntəzəm ekoloji yoxlamaların və monitorinqlərin aparılması; Ekoloji qəzaların araşdırılması və yenidən baş verməməsi üçün həll yollarının təklif edilməsi; Tullantıların idarə olunması; Ətraf mühitin mühafizəsinə dair işçilərin mütəmadi şəkildə məlumatlandırılması üçün təlim proqramlarının hazırlanması və təlimlərin keçirilməsi.
Tələb olunan bilik, bacarıq və səriştələr:
Komanda ruhu, təşkilatçılıq, ünsiyyət, münasibətlərin qurulması, təlim keçmə bacarığı, şəxsi və peşəkar inkişaf, hesabat yazma səriştəsi; İstehsalat sahələrində ətraf mühitin mühafizəsi normalarını, İSO 14001 beynəlxalq standarlarının tələblərini, tullantıların qanunvericiliyə və beynəlxalq standartların tələbinə əsasən idarə olunması qaydalarını bilməli;. Dil və komputer bilikləri: Azərbaycan dili (mükəmməl), İngilis və Rus dilləri yaxşı, Microsoft Office proqramlarını bilməli.
Tələb olunan təhsil və iş təcrübəsi:
  Ali təhsil (müvafiq sahə üzrə); Minimum 2 il müvafiq sahədə iş təcrübəsi.
Göstərilən tələblərə uyğun namizədlər öz CV-lərini mailin mövzu hissəsinə mütləq Ekologiya üzrə mütəxəssis qeyd etməklə (əks halda belə müraciətlərə baxılmayacaq)   elektron ünvanına göndərə bilərlər. Müraciət edən namizədlərdən yalnız namizədliyi vakansiyaya uyğun olanlarla əlaqə saxlanılacaq.

AzerGold

Əlaqə İnformasiya:
Rəsmi saytda Onlayn müraciət edin https://careers.azergold.az

Yayım tarixi
Bu səhifəni Paylaş - Saxla Yadda Paylaş FaceBook Paylaş Twitter Paylaş MAIL.ru Paylaş WhatsApp