Baş mühəndis

Vakansiyanın adı: Baş mühəndis
Əsas vəzifə və öhdəliklər:
Dövlət və özəl təşkilatlar ilə müştərək layihələrin həyata keçirilməsini və koordinasiyasını təşkil etmək; Tikinti təşkilatının fəaliyyətinə texniki rəhbərliyi həyata keçirmək; Layihə-smeta sənədlərinin vaxtında hazırlanmasını təmin etmək; Tikinti və təmir işləri üzrə layihlərin texniki-iqtisadi əsaslandırılmasının hazırlanmasının koordinasiya işləri və idarəolunmasında iştirak etmək; Layihələndirilmə üçün tələbləri bilmək və həmin tələblər əsasında layihə-smeta sənədlərinin yoxlanılmasını (və ya düzgünlüyünü) təmin etmək; Tikinti-quraşdırma işlərinə aid tələbləri bilmək, tikinti-quraşdırma işlərinin təsdiq olunmuş layihə və AzDTN tələbləri əsasında icra edilməsinə nəzarət etmək; İş qrafiklərinin hazırlanmasına nəzarət etmək və ya podratçılar tərəfindən təqdim edilmiş iş qrafiklərinin monitorinq edilməsini təmin etmək; Tikinti və təmir işləri üzrə layihlərə dair elektron və yazılı məlumat bazası yaradılmasını və bu məlumatların mütəmadi olaraq yenilənməsini təmin etmək; Tikinti və təmir işləri üzrə layihlərin sənədləşməsinin düzgünlüyünə və onların saxlanma qaydasına uyğun olaraq qeydiyyatlarının dəqiq aparılmasına nəzarət etmək; Əməyin mühafizəsi və təhlükəsizlik texnikasına nəzarəti həyata keçirmək; Ona həvalə edilmiş səlahiyyətlər çərçivəsində işlərin tam və vaxtında icrasını təmin etmək; Tikinti dövrləri üzrə müvafiq sənədləşmələri bilmək və həmin sənədləri dövrlər üzrə təmin etmək (tikintinin başlanğıcı, tikintinin icrası və tikintinin sonu);   
Tələb olunan bilik, bacarıq və səriştələr:
Müvafiq qanunvericilik aktları və normalarını bilmək; Tikinti norma və qaydalarının, dövlət standart və texniki şərtlərinin tələblərini, Tikinti təşkilatının fəaliyyətinə dair müvafiq icra hakimiyyəti orqanlarının qərarlarını sərəncamlarını ,əmrlərini, digər rəhbəredici və normativ sənədlər haqqında məlumatlı olmaq; Komanda ruhu, təşkilatçılıq, ünsiyyət, münasibətlərin qurulması, şəxsi və peşəkar inkişaf, hesabat yazma səriştəsi; Dil və komputer bilikləri: Azərbaycan dili (mükəmməl), İngilis və Rus dilləri (yaxşı), Microsoft Office və AutoCAD (digər qrafik və hesabat proqramlarını bilmək üstünlükdür), Primavera P6 proqramları
Tələb olunan təhsil və iş təcrübəsi:
Mühəndis ixtisası (Sənaye və mülki tikinti) üzrə ali təhsil; Tikinti təşkilatlarında rəhbər və mühəndis-texniki vəzifələrində 5 ildən az olmayaraq iş təcrübəsi
Göstərilən tələblərə uyğun namizədlər öz CV-lərini mailin mövzu hissəsinə mütləq Baş mühəndis qeyd etməklə (əks halda belə müraciətlərə baxılmayacaq)   elektron ünvanına göndərə bilərlər. Müraciət edən namizədlərdən yalnız namizədliyi vakansiyaya uyğun olanlarla əlaqə saxlanılacaq.

AzerGold

Əlaqə İnformasiya:
cv@azergold.az

Yayım tarixi

Bu səhifəni Paylaş -
Saxla Yadda Paylaş FaceBook Paylaş Twitter Paylaş MAIL.ru Paylaş WhatsApp