aparıcı mütəxəssis / Strateji planlaşdırma və biznesin inkişafı şöbəsi / Strateji təhlil və planlaşdırma sektoru

Əsas vəzifə və öhdəliklər:
• Şöbənin fəaliyyətinin təşkilində iştirak etmək, zəruri olan arayış və məlumatlar hazırlayaraq aidiyyatı üzrə təqdim etmək;• Şirkətin strateji biznes planlaşdırılması prosesində iştirak etmək;• Dünyada mədən sənayesində baş verən yeniliklər və inkişaf istiqamətlərini mütəmadi izlənmək və bu yeniliklərin Cəmiyyətdə tətbiqinə dair təkliflərin hazırlanmasında iştirak etmək;• Sahə üzrə strateji araşdırmaların aparılmasının təmin edilməsində iştirak etmək;• Sahənin inkişafı ilə bağlı strateji əməkdaşlıqların yaradılması, tərəfdaşların tapılmasının təmin edilməsində iştirak etmək;• Qiymətli və nəcib metalların dünya bazarındakı qiymətinin və digər önəmli xəbərlərin təhlil edilməsində iştirak etmək;• Şirkətin fəaliyyətinin iqtisadi səmərəliliyinin təhlil edilməsi və səmərəliliyin artırılması üçün müvafiq təkliflərin verilməsində iştirak etmək;• Cəmiyyətin qısa, orta və uzunmüddətli məqsədlərinin planlaşdırılmasında və bu məqsədlərə çatmaq üçün görüləcək işlərin təhlil edilməsində iştirak etmək;• Xarici şirkətlərlə biznes əməkdaşlıqlarının qurulmasında və inkişafında iştirak etmək;• Aidiyyatı üzrə yeni investisiya layihələri üzrə aparılacaq təhlillərdə iştirak etmək;• Yeni biznes imkanlarına dair təhlillərin aparılması və təkliflərin hazırlanmasında iştirak etmək;• Yataqların istismarı istiqamətində dünya praktikası və mövcud vəziyyəti nəzərə alaraq alternativ biznes modellərinin dəyərləndirilməsində və müvafiq təkliflərin verilməsində iştirak etmək;• Aidiyyatı üzrə layihələrlə bağlı texniki hesabatların təhlilində iştirak etmək;
Tələb olunan bilik, bacarıq və səriştələr:
• Komanda ruhu, təşkilatçılıq, ünsiyyət, münasibətlərin qurulması, şəxsi və peşəkar inkişaf, analitik düşüncə və riyazi biliklər, hesabat yazma səriştəsi;• Dil və komputer bilikləri: Azərbaycan dili (mükəmməl), İngilis və Rus dilləri (yaxşı), Microsoft Office və digər proqramlar• Fərqli maliyyə alətlərinin işləmə mexanizmləri barədə ümumi bilik.
Tələb olunan təhsil və iş təcrübəsi:
• İqtisadiyyat, maliyyə, mühəndislik ixtisasları üzrə ali təhsil;• Minimum 3 il müvafiq sahədə iş təcrübəsi.

AzerGold

Əlaqə İnformasiya:
Rəsmi saytda Onlayn müraciət edin https://careers.azergold.az

Yayım tarixi
Bu səhifəni Paylaş - Saxla Yadda Paylaş FaceBook Paylaş Twitter Paylaş MAIL.ru Paylaş WhatsApp