Marketinq üzrə menecer

Tələblər:
– Təhsil: İqtisadiyyat, marketinq və ya biznes idarəçiliyi üzrə ali təhsil – Dillər: Azərbaycan və İngilis dili – MS Office (Word, Excell, PowerPoint) bilmək, digər dizayn proqramlarında işləmə bacarığı namizəd üçün üstünlükdür – Yüksək analitik qabiliyyətə, ünsiyyət və təqdim etmə bacarıqlarına malik olmaq – Məsuliyyətli, operativ və yeni ideyalara malik olmaq
Vəzifələr:
– Marketinq sahəsinin inkişafı məqsədilə daim yeni axtarışlar edir və müvafiq istiqamətlər barədə rəhbərliyə xəbər verir – Müştəri bazasını genişləndirir – Marketinq üzrə kampaniyaları təşkil və idarə edir – Marketinq planının yaradılması və həyata keçirilməsi – Sosial şəbəkə hesablarının idarə edilməsi (linkedin, facebook və s.) – Sosial şəbəkələrdə reklam, aksiya və kampaniyaların yaradılması və idarə olunması – Şirkətin İnternet saytlarında gündəlik paylaşımların edilməsi – Sosial şəbəkələrdə gündəlik komentlərin və daxili yazışmaların cavablandırılması – Hesabatların hazırlanması
İş şəraiti:
Əmək haqqı müsahibə əsasında. – İş saatları: 09:00-18:00 – İstirahət günləri: Şənbə – Bazar – Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən işə qəbul, sosial sığorta.

Bakı Beynəlxalq Avtovağzal Kompleksi

Əlaqə İnformasiya:
Rəsmi saytda Onlayn müraciət edin https://avtovagzal.az/page/karyera

Yayım tarixi

Bu səhifəni Paylaş -
Saxla Yadda Paylaş FaceBook Paylaş Twitter Paylaş MAIL.ru Paylaş WhatsApp