Satınalma üzrə Mütəxəssis

Elan : Satınalma üzrə Mütəxəssis İb
İşin qısa təsviri:
Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq tender və təklif sorğularının keçirilməsinin təşkil edilməsi, istehsalatdan yönələn sorğuların icra edilməsi, sistemdə mövcud olan sifarişlərin təhlili və bazarın təhlili, tələb olunan materialların yerli və xarici bazarda araşdırılması.
Sizin əsas vəzifə öhdəlikləriniz:
Satınalma sifarişlərinin qəbulu və təmin olunması;Tələb olunan mallar üzrə sifarişlərin hazırlanması;Bazarın təhlili, tələb olunan materialların yerli və xarici bazarda araşdırılması;Şirkəti mal-material, xammal və avadanlıqlarla təmin etməsi;Təchizatçı tərəflərlə işgüzar yazışma və danışıqların aparılması;Qiymət araşdırılması və tenderlərin həyata keçirilməsi;Müqavilələrin hazırlanması və nəzarətdə saxlanılması, müqavilədə-kommersiya şərtlərinin müəyyən olunmasına nəzarət olunması;PO və QMC-lərin hazırlanması və təsdiqə göndərilməsi;Struktur daxili müfaviq hesabatların hazırlanması.
Sizdən tələb olunan sahə üzrə səriştə və bacarıqlar:
Satınalmalar üzrə mütəxəssis qismində böyük təcrübəyə malik olmalı;Təchizat zəncirinin idarə edilməsi və logistika sahəsində biliklərə sahib olmalı;Təchizatçıların axtarışı və idarəedilməsi üsulları ilə tanışlıq;Güclü təşkilatçılıq bacarığı;Analitik düşüncə;Xarici bazar qiymətlərinin təhlili və müqayisəli təhlil bacarığının olması;Operativlik, çevik qərarvermə və vaxtdan düzgün istifadə bacarıqları;Danışıqların aparılması sahəsində bacarıqlar.
Sizdən tələb olunan təhsil və iş təcrübəsi:
Təhsil : Ali iqtisadi təhsil; İş təcrübəsi: Analoji sahə üzrə 3 illik;Dil bilikləri : İngilis və rus dillərini yaxşı səviyyədə bilməli;Kompüter bilikləri: MS Office proqramlarında (xüsusəndə Excel proqramı üzrə) yüksək səviyyədə biliklər.
Bizim iş şərtləri:
İş qrafiki : Tam iş günü (5 gün);İş saatları: 09:00-18:00; İş yeri: Bakı şəhəri;Nahar şirkət tərəfindən təmin olunur;Tibbi Sığorta ilə təminat. Biz nə təklif edirik : Karyera və peşəkar inkişaf üçün əla imkanlar;Təlim və inkişaf proqramlarının geniş çeşidi;Mükəmməl peşəkar komanda və mehriban mühit;Sağlamlıq və həyat sığortası.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə Satınalma üzrə Mütəxəssis yazaraq e-mail ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.

Avrora Qrup

Əlaqə İnformasiya:
hr@avrora.az

Yayım tarixi

Bu səhifəni Paylaş -
Saxla Yadda Paylaş FaceBook Paylaş Twitter Paylaş MAIL.ru Paylaş WhatsApp