Qazanxana operatoru

İşin qısa təsviri:
Verilmiş yük qrafikinə uyğun olaraq qazanların iş rejiminin idarə olunması;Aqreqatlara istismar xidməti göstərməklə, onların fasiləsiz və, faydalı işinin təmin edilməsi;Xidmət edilən avadanlığın işə salınması, dayandırılması, sınanması, təzyiq altında yoxlanılması və istilik sxemlərində dəyişdirmələrin aparılması;Ölçü vasitələrinin göstəricilərinə, avtomatik tənzimləyicilərin və siqnalvericilərin işinə nəzarət edilməsi;Qəza hallarının ləğv edilməsi, avadanlığın işindəki nasazlığın aşkar edilib aradan qaldırılması üçün tədbirlər görülməsi, avadanlığın təmirə çıxarılması.
Sizin əsas vəzifə öhdəlikləriniz:
İstilik və ya buxar istilik sistemlərinin daşıyıcısının qızdırılması üçün nəzərdə tutulan avadanlıqların saz vəziyyətə gətirilməsi;Qazanlarda suyun səviyyəsinə, buxar təzyiqinə və qızdırıcı sistemlərinə verilən suyun temperaturuna nəzarət edilməsi;Nasos, mühərrik və digər köməkçi mexanizmlərin iş fəaliyyətinə hakim olunması;Qazanxana sisteminin sxemi və xarakteristikası tələblərinin icra edilməsi.
Sizdən tələb olunan sahə üzrə səriştə və bacarıqlar:
Yaş həddi : 20-45 aralığı;İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti;Qazanın və yardımçı avadanlığının quruluşunu və iş prinsipini, texniki xarakteristikalarını, qazan qurğusunun istilik mühafizəsini və istilik sxemini, istilik və elektrik enerjisi istehsalının texnoloji prosesinin, suyun və buxarın keyfiyyət normalarını, ölçü vasitələrinin iş prinsipini, istilik nəzarətini və avtomatikanın prinsipial sxemlərini, qazan aqreqatlarının işçi parametrlərində buraxılan dəyişmələr həddini, istifadə edilən yanacağın və onun yanma üsullarının xassələrini, qazan aqreqatının texniki-iqtisadi göstəricilərini, istilik texnikasının mexanikanın, elektrotexnikanın su hazırlığının əsaslarını bilməlidir.
Sizdən tələb olunan təhsil və iş təcrübəsi:
Təhsil : Orta texniki təhsil İş təcrübəsi: Müvafiq sahə üzrə 1 il.
Bizim iş şərtləri:
İş qrafiki : Növbəli; İş yeri: Hökməli qəs;Nahar və servis şirkət tərəfindən təmin olunur
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə Qazanxana operatoru yazaraq e-mail ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.

Avrora Qrup

Əlaqə İnformasiya:
hr@avrora.az

Yayım tarixi

Bu səhifəni Paylaş -
Saxla Yadda Paylaş FaceBook Paylaş Twitter Paylaş MAIL.ru Paylaş WhatsApp