İstehsalat üzrə operator

Elan : İstehsalat üzrə operator
İşin qısa təsviri:
Texnoloji maşınların və avadanlıqların idarə edilməsi.
Sizin əsas vəzifə öhdəlikləriniz:
İstehsalatda xüsusi avtomatlaşdırılmış cihazların, maşınların işinin tənzimlənməsinin həyata keçirilməsi;Gündəlik istehsal olunacaq sifarişlərin avtomatlaşdırılmış dəzgahlara proqramlaşdırılması və istehsal prosesinin başladılması;İstehsalat zamanı dəzgahlarda yaranan texnoloji problemlərin analiz edilməsi;İstehsal avadanlıqlarının texniki istismar qaydalarına uyğun işləməsinə nəzarət edilməsi;İstehsalat zamanı müəyyən edilmiş çeşiddə və növdə məhsul istehsalına, məhsulun keyfiyyətinin qüvvədə olan norma və standartların tələblərinə cavab verilməsinə nəzarət edilməsi.
Sizdən tələb olunan sahə üzrə səriştə və bacarıqlar:
Dəzgah və avadanlıqlarda təmir bərpa işlərinə nəzarət etmək üçün mexaniki-texniki bilik və bacaqrıqlara sahib olmalı;Texniki təhlükəsizlik, istehsalat sanitariyası və yanğına qarşı müdafiə üzrə qaydalara bələd olmalı.
Sizdən tələb olunan təhsil və iş təcrübəsi:
Təhsil : Ali və ya orta texniki peşə təhsili (istehsalat sahəsində təhsilli olmaq məqsədə daha uyğundur); İş təcrübəsi: 6 aydan az olmayaraq;Yaş həddi : 22-45.
Bizim iş şərtləri:
İş qrafiki : Növbəli iş qrafiki; İş yeri: Hökməli qəs;Nahar və servis şirkət tərəfindən təmin olunur.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə İstahsalat üzrə operator yazaraq e-mail ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.

Avrora Qrup

Əlaqə İnformasiya:
hr@avrora.az

Yayım tarixi
Bu səhifəni Paylaş - Saxla Yadda Paylaş FaceBook Paylaş Twitter Paylaş MAIL.ru Paylaş WhatsApp