Aparıcı Auditor

Elan : Aparıcı Auditor
İşin qısa təsviri:
Audit planları və proqramları əsasında daxili audit yoxlamalarının həyata keçirilməsi, şirkətin siyasətləri, prosedurları, standartları və digər normativ sənədlərinin qiymətləndirilməsi, risklərin qiymətləndirilməsi və idarə edilməsində prosedurların tətbiqinin effektivliyinin yoxlanılması və qiymətləndirilməsinin təmin edilməsi.
Sizin əsas vəzifə öhdəlikləriniz:
Audit planları və proqramları əsasında daxili audit yoxlamalarını həyata keçirmək;Audit layihəsi çərçivəsində müəyyən olunmuş audit prosedurlarını həyata keçirmək (biznes proseslərin sahibləri ilə müsahibələr keçirmək, audit obyektindən məlumatı toplamaq, əldə olunan məlumatı təhlil etmək və s.) və aşkar olunmuş çatışmazlıqlar haqqında layihə rəhbərinə vaxtaşırı məlumat vermək;Risklərin qiymətləndirilməsi və risklərin idarə edilməsində prosedurların tətbiqinin effektivliyinin yoxlanılmasını və qiymətləndirilməsini təmin etmək;Sahə işi zamanı aparılmış təhlillər və müsahibələr barədə yazılı iş sənədi hazırlamaq;Audit layihələri üzrə hesabatların hazırlanmasında iştirak etmək;Daxili nəzarət mühitinin qiymətləndirilməsinə dair tapşırıqları yerinə yetirmək;Audit layihəsi üzrə hesabatın hazırlanmasında şöbə rəhbərinə dəstək göstərmək;Audit layihəsi üçün İş Proqramının hazırlanmasında iştirak etmək;Aşkar olunmuş nöqsan və çatışmazlıqların aradan qaldırılması üçün şirkətin rəhbərliyi tərəfindən hazırlanmış tədbirlər planının icrasının monitorinqini keçirmək.
Sizdən tələb olunan sahə üzrə səriştə və bacarıqlar:
MS Office proqramlarından sərbəst istifadə bacarığı;Analitik təhlil qabiliyyəti;Beynəlxalaq Mühasibat Uçotunun ilkin biliklərinə sahib olmalı;Maliyyə Nazirliyinin təsdiqlədiyi uçotun aparılması qaydlarını bilməli və tətbiqi təcrübəsi olmalı;AR Əmək Məcəlləsi və Vergi Məcəllələrini bilməli;Vergi Məcəlləsinin praktiki tətbiq edilməsində təcrübəsi olmalı.
Sizdən tələb olunan təhsil və iş təcrübəsi:
Təhsil : Ali (Mühasibat uçotu və audit, İqtisadiyyat və digər əlaqəli ixtisaslarda); İş təcrübəsi: Baş mühasib/müavini və ya Maliyyə sahəsində və digər əlaqəli sahələrdə minimum 2-3 il çalışması üstünlükdür;Dil bilikləri : Azərbaycan dili, Rus dili (orta səviyyədə), İngilis dili (arzuolunandır).
Bizim iş şərtləri:
İş qrafiki : Tam iş günü (5 gün);İş saatları: 09:00-18:00; İş yeri: Bakı şəhəri. Biz nə təklif edirik : Karyera və peşəkar inkişaf üçün əla imkanlar;Təlim və inkişaf proqramlarının geniş çeşidi;Mükəmməl peşəkar komanda və mehriban mühit.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə Aparıcı Auditor yazaraq e-mail ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.

Avrora Qrup

Əlaqə İnformasiya:
hr@avrora.az

Yayım tarixi

Bu səhifəni Paylaş -
Saxla Yadda Paylaş FaceBook Paylaş Twitter Paylaş MAIL.ru Paylaş WhatsApp