Anbardar

Vəzifələr: Anbar üzrə mövcud mal və materialların təhlükəsizlik və bütövlük təminatını nəzarətdə saxlamaq; – Mədaxil-məxaric sənədlərinin dövriyyəsini, mal- material təhvili qaydaları üzrə sənədləşmə prosesinə riayət olunmasını təmin etmək; – Anbar sahələrindən səmərəli istifadə, materialların axtarılmasının asanlaşdırılması və tezləşdirilməsi nəzərə alınmaqla anbarda malların qəbulu, yerləşdirilməsi və buraxılması işlərini idarə etmək; – Anbarda mal və materialların müvafiq sistem və ardıcıllıqla və səliqə ilə yığılmasını və yerləşdirilməsini təmin etmək; – Mal-material dövriyyəsinin yalnız təsdiq edilmiş sənədlər əsasında həyata keçirilməsini təmin etmək; – Mal və materialın inventarizasiyasına təlimatlara uyğun hazırlaşmaq, təşkil etmək və iştirak etmək; – Köhnəlmiş, zərər görmüş, xarab olmuş mal – materialları təyin etmək və onlar barədə müvafiq izahatı mühasibatlığa təqdim etmək; – Anbar əməliyyatlarının uçot və hesabatlarının aparılmasına nəzarət etmək; – Əmək təhlükəsizliyi və sağlamlığın mühafizəsi, istehsalat sanitariyası və yanğından mühafizə qaydalarına riayət etməklə, anbarda yükləmə-boşaltma işlərini təşkil etmək; – Anbar işinin şirkətdaxili təlimat və qaydalara uyğun olaraq idarəedilməsini həyata keçirmək; Tələblər : Anbardar vəzifəsində iş təcrübəsi; MS Office bilikləri; Komandada işləmək bacarığı; Məsuliyyətli, punktual, diqqət, ünsiyyətcil və çalışqan; İstehsalat, tekstil sahəsində təcrübəsi olan namizədlərə üstünlük verilir;İş şərtləri : Həftədə 5 iş günü, 2 gün istirahət;İş vaxtı: 08:00-dan 20:00-dək;İş yeri: Göyçay rayonu Biz nə təklif edirik : Karyera və peşəkar inkişaf üçün əla imkanlar;Mükəmməl peşəkar komanda və mehriban mühit;
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə Anbardar-Göyçay yazaraq e-mail ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.

Avrora Qrup

Əlaqə İnformasiya:
hr@avrora.az

Yayım tarixi

Bu səhifəni Paylaş -
Saxla Yadda Paylaş FaceBook Paylaş Twitter Paylaş MAIL.ru Paylaş WhatsApp