Vale ( Avtopark sürücüsü )

AGA Group 1994-cü ildə təsis edilmiş və İş Mərkəzlərinin idarəsi sahəsində öncülədən biri olmuşdur. İlk inşa edilən müəssisə Caspian Business Center (1998-ci il) olmaqla, bu gün texnologiya (“Bravo Online Systems” MMC) sahəsi də daxil olmaqla bir çox istiqamətlərdə öz mövqeyini daha da gücləndirir. AGA Group-a daxil olan iş mərkəzləri : Demirchi Tower, Caspian Plaza, AGA Center, Ariana Business Park.Əsas dəyərlərimizdən biri savadlı, bacarıqlı, və fərqli düşünə bilən yüksək potensiallı namizədləri işlə təmin edir və yüksək vəzifələrdə dəyərləndiririk. Biz peşəkar komandamıza yüksək potensiallı, savadlı, yeniliklərə açıq, şirkətimizin siması olacaq, karyeralarını böyük korporativ şirkətdə qurmağı hədəfləyən və Vale ( Avtopark sürücüsü ) vəzifəsində çalışmaq istəyən namizədlər axtarırıq.
Sizdən nə istəyirik :
Şirkət müştərilərinin avtomobillərini binanın önündən qəbul edib təhvil almaq; Təhvil alınan avtomobili qaraja apararaq platformaya yerləşdirmək; Platformaya yerləşdirilən avtomobilin açarını qaraj operatoruna təhvil vermək; Daxili nizam-intizam qaydalarına riayət etmək; Şirkətin siyasət, təlimat və xidməti standartlarına riayət etmək
Əgər Siz :
Ali təhsilli və ya orta-ixtisas təhsilli; Sürücü kimi minimum 1 il iş təcrübəsi olmalı; B kateqoriyalı sürücülük vəsiqəsi olmalı; Son dərəcə məsuliyyətli və dəqiq olmaq; Dəyişkən iş mühitində çalışmaq və hər zaman səbr və təmkinliliyi qoruyub saxlamaq. Biz sizin müraciətinizi gözləyirik !

Aga Group

Əlaqə İnformasiya:
vakansiya@agagroup.az, Rəsmi saytda Onlayn müraciət edin agagroup.az/vakansiya.html

Yayım tarixi

Bu səhifəni Paylaş -
Saxla Yadda Paylaş FaceBook Paylaş Twitter Paylaş MAIL.ru Paylaş WhatsApp