Mühasib

AGA Group 1994-cü ildə təsis edilmiş və İş Mərkəzlərinin idarəsi sahəsində öncülədən biri olmuşdur. İlk inşa edilən müəssisə Caspian Business Center (1998-ci il) olmaqla, bu gün texnologiya (“Bravo Online Systems” MMC) sahəsi də daxil olmaqla bir çox istiqamətlərdə öz mövqeyini daha da gücləndirir. AGA Group-a daxil olan iş mərkəzləri : Demirchi Tower, Caspian Plaza, AGA Center, Ariana Business Park.Əsas dəyərlərimizdən biri savadlı, bacarıqlı, və fərqli düşünə bilən yüksək potensiallı namizədləri işlə təmin edir və yüksək vəzifələrdə dəyərləndiririk. Biz peşəkar komandamıza yüksək potensiallı, savadlı, yeniliklərə açıq, şirkətimizin siması olacaq, karyeralarını böyük korporativ şirkətdə qurmağı hədəfləyən və Mühasib vəzifəsində çalışmaq istəyən namizədlər axtarırıq.
Sizdən nə istəyirik :
Mühasibat uçotu üzrə ilkin sənədləşmələrin təşkili; Vergi və mühasibat uçotunun aparılması; Kassa, Bank əməliyyatlarının həyata keçirilməsi, qaimə və vergi hesab fakturaların yazılması, qarşılıqlı hesablaşma və üzləşmə aktlarının tərtib edilməsi; Debitor və kreditor hesablaşmaların aparılması; Əmək haqqı, məzuniyyətlərin hesablanması; Əsas vəsaitlərin alınması, istismara verilməsi, köhnəlməsinin hesablanması, balansdan silinməsi və s.; Mal-materialların uçotunun aparılması; İdxal və ixrac əməliyyatlarının uçotunun aparılması, maya dəyərinin hesablanması; Gündəlik və aylıq hesabatlarınin tərtib edilməsi; Aylıq xərclər smetasının planlaşdırılması və xərclərin plana uyğun sərfiyyatına nəzarət; Aylıq daxili maliyyə hesabatlarının hazırlanması; Vergi orqanlarından daxil olan məktubların nəzarətda saxlanılması və müvafiq yazışmaların aparılması; Aylıq, rüblük və illik Vergi, DSMF və Statistika hesabatlarının hazırlanması və aidiyyəti orqanlara təqdim edilməsi.
Əgər Siz :
Yaş həddi: 25-45 Azərbaycan dilində səlis danışmaq qabiliyyəti; Mühasibatlıq sahəsində 5 ildən artıq iş təcrübəsi. Ali təhsil (maliyyə və ya mühasibatlıq ixtisası üzrə 1C (8.3) proqramında mükəmməl səviyyədə işləmək bacarığı Biz sizin müraciətinizi gözləyirik !

Aga Group

Əlaqə İnformasiya:
+994555524010, agagroup.az/vakansiya.html

Yayım tarixi

Bu səhifəni Paylaş -
Saxla Yadda Paylaş FaceBook Paylaş Twitter Paylaş MAIL.ru Paylaş WhatsApp