Kondisioner ustası

AGA Group 1994-cü ildə təsis edilmiş və İş Mərkəzlərinin idarəsi sahəsində öncülədən biri olmuşdur. İlk inşa edilən müəssisə Caspian Business Center (1998-ci il) olmaqla, bu gün texnologiya (“Bravo Online Systems” MMC) sahəsi də daxil olmaqla bir çox istiqamətlərdə öz mövqeyini daha da gücləndirir. AGA Group-a daxil olan iş mərkəzləri : Demirchi Tower, Caspian Plaza, AGA Center, Ariana Business Park.Əsas dəyərlərimizdən biri savadlı, bacarıqlı, və fərqli düşünə bilən yüksək potensiallı namizədləri işlə təmin edir və yüksək vəzifələrdə dəyərləndiririk. Biz peşəkar komandamıza yüksək potensiallı, savadlı, yeniliklərə açıq, şirkətimizin siması olacaq, karyeralarını böyük korporativ şirkətdə qurmağı hədəfləyən və Kondisioner ustası vəzifəsində çalışmaq istəyən namizədlər axtarırıq.
Sizdən nə istəyirik :
Müəssisədə olan ventilyasiya, istilik, soyutma, yanğın, hidrofor, drenaj, təzyiqli hava sistemlərinə aid avadanlığın , tam keyfiyyətlə işlənməsinin idarəsi, təzyiq, istilik və s. müşahidə edərək qeydə alinması, anormal iş şərtləri və qəza vəziyyətində müdaxilə etmək və ya ehtiyat nüsxəsini dövrəyə salmaq Nasoslar və kondosionerlərin işləkliyini təmin etmək İşlək vəziyyətdə olan sistem və avadanlıqlarda yarana biləcək anormal istilik, səs, qaçaq, sarsıntı və s. əlamətlər aşkar edildiyi zaman lazımlı əməliyyatlar edilərək vəziyyətə müdaxilə etmək və operativ olaraq normal iş şərtlərinə keçilməsini təmin etmək Rəhbərlik tərəfindən verilən təlimatları zamanında və əksiksiz yerinə yetirmək
Əgər Siz :
Texniki təhsilli Bu sahədə minimum 2 ilə kimi iş təcrübəsi Nizam-intizamlı olma Biz sizin müraciətinizi gözləyirik !

Aga Group

Əlaqə İnformasiya:
vakansiya@agagroup.az, Rəsmi saytda Onlayn müraciət edin agagroup.az/vakansiya.html

Yayım tarixi
Bu səhifəni Paylaş - Saxla Yadda Paylaş FaceBook Paylaş Twitter Paylaş MAIL.ru Paylaş WhatsApp