İnşaat mühəndisi

AGA Group 1994-cü ildə təsis edilmiş və İş Mərkəzlərinin idarəsi sahəsində öncülədən biri olmuşdur. İlk inşa edilən müəssisə Caspian Business Center (1998-ci il) olmaqla, bu gün texnologiya (“Bravo Online Systems” MMC) sahəsi də daxil olmaqla bir çox istiqamətlərdə öz mövqeyini daha da gücləndirir. AGA Group-a daxil olan iş mərkəzləri : Demirchi Tower, Caspian Plaza, AGA Center, Ariana Business Park.Əsas dəyərlərimizdən biri savadlı, bacarıqlı, və fərqli düşünə bilən yüksək potensiallı namizədləri işlə təmin edir və yüksək vəzifələrdə dəyərləndiririk. Biz peşəkar komandamıza yüksək potensiallı, savadlı, yeniliklərə açıq, şirkətimizin siması olacaq, karyeralarını böyük korporativ şirkətdə qurmağı hədəfləyən və İnşaat mühəndisi vəzifəsində çalışmaq istəyən namizədlər axtarırıq.
Sizdən nə istəyirik :
Müştərilərlə müştəri məmnuniyyəti prinsipi əsasında ünsiyyət prossesini təşkil etmək; Layihələndirmə üçün ilkin məlumatları yığmaq və çertyojları çəkmək; Layihələrdə təmir-tikinti işlərinə nəzarət, konstruksiya işlərini düzgün təşkil etmək; Tabeliyində olan işçilərin işlərini təşkil etmək və onlara nəzarət etmək; Tikintidə istifadə olunacaq tikinti materiallarını müəyyən etmək və zəruri tikinti materiallarını siyahı şəklində təchizat şöbəsinə yönləndirmək; Görülən işlərin keyfiyyətlə həyata keçirilməsini təmin etmək; Rəhbərlik tərəfindən verilən tapşırıqları vaxtında yerinə yetirmək; Müəssisədaxili nizam-intizam qaydalarına, əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına riayət etmək; Texnoloji intizama riayət etmək, tikinti norma və qaydalarını yerinə yetirmək; Binanın havalandırma, kondisioner, santexnika və elektrik sistemlərinə nəzarətin etmək; Binanın mövcud nasosxana qurğularında yaranan nasazlığın aradan qaldırılması təlimatlarını vermək və işə ümumi nəzarət etmək; Layihələrin yerinə yetirilməsi zamanı qüvvədə olan qaydalar, standartlar və digər texniki və normativ sənədlərin tələblərinə riayət etmək.
Əgər Siz :
Ali təhsil(müvafiq sahədə-inşaat mühəndisi ixtisası üzrə olması üstünlükdür); Azərbaycan dilində yüksək səviyyədə danışmaq və yazışmaları aparmaq bacarığı. İngilis dilini bilmək üstünlükdür. Kompyuter bilikləri – MS ofice, Word, Excell, Autocad proqramlarını mükəmməl bilmək Analoji sahədə minimum 3 il iş təcrübəsinə malik; Müəssisənin texniki xarakteristikasını, konstruktiv xüsusiyyətlərini və hesablama qaydasını bilmək; Elektrik, santexnika və havalandırma sistemləri sahəsinə aid biliklərə sahib olmaq; Komandada işləmək bacarığı. Biz sizin müraciətinizi gözləyirik !

Aga Group

Əlaqə İnformasiya:
+994555524010, agagroup.az/vakansiya.html

Yayım tarixi

Bu səhifəni Paylaş -
Saxla Yadda Paylaş FaceBook Paylaş Twitter Paylaş MAIL.ru Paylaş WhatsApp