Satış Strukturu – Marketinq üzrə menecer

Vəzifə: Marketinq üzrə menecer. İş qrafiki: 09:00 – 18:00 (Bazar ertəsi – Cümə)Ünvan: Bakı şəhəri.
NAMİZƏDƏ DAİR TƏLƏBLƏR:
Ali təhsil;Ən az 3 (üç) il iş təcrübəsinin olması (bank sahəsində iş təcrübəsi üstünlükdür);Mükəmməl Azərbaycan, Rus, İngilis dili bilikləri;MS Office proqramlarında işləmək bacarığı;Ünsiyyət qurmaq və Problem həlletmə bacarığı;Komandada işləmək bacarığı;
İŞİN TƏSVİRİ:
İdarəetmə orqanlarının və struktur bölmələrinin əmr, qərar, sərəncam, məktub və digər normativ, habelə tövsiyə xarakterli məlumatlarını əldə etmək;Məhsullar, xidmətlər, onların şərtləri və tarifləri, satış standartları ilə bağlı əmr, qərar, sərəncam, məktub və digər normativ, habelə tövsiyə xarakterli məlumatları əldə etmək;Əmək müqaviləsi, Bankın Nizamnaməsi, idarəetmə orqanlarının əsasnaməsi, habelə fəaliyyətinə dair digər bankdaxili korporativ aktlarla müəyyənləşdirilən başqa səlahiyyətləri həyata keçirmək;Mövcud, yeni yaradılmış bank məhulları barədə müxtəlif kommunikasiya kanalları vasitəsilə potensial müştərilərə məlumatın çatdırılması;Bankın müsbət imici üçün ictimaiyyətlə əlaqələrin qurulması və Bankın ictimaiyyəti maraqlandıran mövzularda mövqe bildirməsini təmin etmək;Müxtəlif kommunikasiya kanalları üçün müvafiq məzmunların seçilməsi, yaradılması, təchizatçıların cəlb edilməsi, Bank daxilindəki və xaricindəki təchizatçılara yaradıcı tapşırıqların verilməsi;Tabeçiliyində olan əməkdaşlara verilən tapşırıqların və vəzifə öhdəliklərinin vaxtında, düzgün və keyfiyyətlə icra edilməsinə nəzarət etmək, çatışmazlıqların aradan qaldırılmasını təmin etmək;Digər Bankların müvafiq sahə üzrə fəaliyyətinin izlənilməsi, təhlili və müvafiq təkliflərin verilməsi;KİV-nin izlənilməsi və ehtiyac olduğu təqdirdə böhran kommunikasiyanın tətbiq edilməsi;Filiallar, şöbələr və digər təmas nöqtələri üçün materialların hazırlanması ;Bankın marketinq büdcəsinin hazırlanması və təqdim edilməsi;Bankın strateji hədəflərinin yerinə yetirilməsi üçün marketinq fəaliyyətinin uyğunlaşdırılması, planların hazırlanması və təkliflərin verilməsi;Dövrü hesabatların hazırlanması və təhlili. Uyğun namizədlərdən CV-lərini mövzu sətrində Marketinq üzrə menecer qeydi edərək elektron ünvanına göndərməyini xahiş edirik.

AFB Bank

Əlaqə İnformasiya:
cv@afb.az

Yayım tarixi
Bu səhifəni Paylaş - Saxla Yadda Paylaş FaceBook Paylaş Twitter Paylaş MAIL.ru Paylaş WhatsApp