Məlumat Təhlükəsizliyi üzrə Menecer

Vəzifə: Menecer İş qrafiki: 09:00 – 18:00 (Bazar ertəsi – Cumə) Unvan: Bakı şəhəri.
NAMİZƏDƏ DAİR TƏLƏBLƏR:
İT sahəsində Ali təhsil; Azərbaycan və Rus dillərində sərbəst danışıq bacarığı,(ingilis dili biliyi arzuolunandır); Unsiyyətcil və Komandada işləmək bacarığı; Guclu təşkilati və qərar vermə qabiliyyəti, Stressə davamlılıq; İT və ya İnformasiya Təhlukəsizliyi sahəsində ən azı 5(beş) il iş təcrubəsi;
İŞİN TƏSVİRİ:
Bankda movcud olan elektron sistemlərinin və korporativ şəbəkənin məlumat təhlukəsizliyi siyasətini və konsepsiyasını hazırlayıb tətbiq edir, həmin siyasəti və konsepsiyanı Mərkəzi Bankın tələblərinə, AR-ın qanunvericiliyinə, dovlət və beynalxalq standartlara (İSO, COBIT və s.) uyğunlaşdırır; Bankın informasiya sistemlərin dağıdılması, oğurlanması, talanması hallarının qarşının alınması ucun daxili qayda və tədbirlər planlarını hazırlayır, muvafiq təsdiqdən sonra onların icrasını təşkil edir Bankın informasiya sistemlərinin və korporativ şəbəkəsinin təhlukəsizliyinin təmin edilməsi məqsədi ilə istifadəcilərin həmin sistemlərə və şəbəkəyə buraxılış dərəcəsini muəyyən edir, muvafiq profaylları və şablonları yaradır; Bankda movcud olan informasiya sistemlərinin və korporativ şəbəkənin əsas komponentlərinin fiziki və məlumat təhlukəsizliyi tədbirlərini hazırlayıb tətbiq edir; Bank sirri xarakterini daşıyan məlumatların konfidensial saxlanılması məqsədi ilə movcud profaylların və parolların qorunması, eləcə də kənar şəxslərin onlardan istifadə etməsinin qarşısının alınması istiqamətində təhlukəsizlik tədbirlərini həyata kecirir; Əsas və ehtiyat SWİFT-modullarının və onlara bağlı şifrlənmə sistemlərinin və davamlı işinə nəzarət edir; Təcili pul kocurmə sistemləri, SWİFT, movcud olan və perspektivli milli və beynəlxalq informasiya sistemləri ucun muvafiq elektron acarlarının, parolların, sertifikatların və s. təhlukəsizliyini və yenilənməsinə nəzarət edir; Bankın əməkdaşları tərəfindən məlumat təhlukəsizliyinin pozulmaması ucun maarifləndirici və qabaqlayıcı tədbirlər gorur, muntəzəm təlimlər kecirir, onların məlumat təhlukəsizliyi uzrə məsuliyyətlərini izah edir; Bankın elektron xidmətləri (kart, internet və mobil bankcılıq və digər elektron xidmətlər) zamanı məlumat təhlukəsizliyi risklərinin minimalaşdırılması ucun təkliflər hazırlayır; Uyğun namizədlərdən CV-lərini movzu sətrində Məlumat təhlukəsizliyi uzrə menecer qeydi edərək elektron unvanına gondərməyini xahiş edirik.

AFB Bank

Əlaqə İnformasiya:
cv@afb.az

Yayım tarixi

Bu səhifəni Paylaş -
Saxla Yadda Paylaş FaceBook Paylaş Twitter Paylaş MAIL.ru Paylaş WhatsApp