Komplayens və Nəzarət Strukturu – Nəzarət sahəsi üzrə menecer

Vəzifə: Menecer. İş qrafiki: 09:00 – 18:00 (Bazar ertəsi – Cümə)Ünvan: Bakı şəhəri.
NAMİZƏDƏ DAİR TƏLƏBLƏR:
Ali təhsil (iqtisadiyyat, maliyyə);Nəzarət, audit və ya risk sahəsində 3 illik iş təcrübəsi;Mükəmməl Azərbaycan dili biliyi (Rus və İngilis dili biliyi arzuolunandır );Bank fəaliyyətinə dair Azərbaycan Respublikasının normativ hüquqi aktları üzrə biliklər;Bank əməliyyatları ilə bağlı dərin nəzəri və praktiki biliklər;Güclü MS Office Excel bilikləri, böyük məlumat bazası ilə işləmək bacarığı;Təhlil etmək, risk yönümlü yoxlama aparmaq üzrə bacarıqlar;Analitik düşüncə qabiliyyəti, dəqiqlik, təşəbbüskarlıq;Məsuliyyət, gərgin iş rejimində işləmək bacarığı, ünsiyyət qurmaq qabiliyyəti, komandada işləmək bacarığı;
İŞİN TƏSVİRİ:
Rəhbərlik etdiyi Nəzarət sahəsinin işini planlaşdırılmaq, təşkil etmək və nəzarəti həyata keçirmək;Tabeçiliyində olan əməkdaşların işini planlaşdırmaq, onların fəaliyyətini qiymətləndirmək;Daxili nəzarət sistemlərini təkmilləşdirmək, həmçinin sistemin effektivliyinin artırılması üçün tövsiyələr vermək;Bankın daxili qayda və prosedurlarının Azərbaycan Respublikasının normativ hüquqi aktlarına uyğunluğunu yoxlamaq;Bankın strukturlarında fəaliyyətin bankdaxili qayda və prosedurlara uyğunluğunu təftiş etmək;Müştəri Xidmət strukturları tərəfindən aparılan əməliyyatları dövrü olaraq məsafədən və səyyar yoxlamaq;Aparılan yoxlamalar zamanı dələduzluq (fraud) hallarını aşkarlamaq;Nəzarət sahəsi üzrə görülmüş işlər barədə təqdimat və hesabatlar hazırlamaq;Bankın və nəzarət tənzimləyici orqanların tələblərinə əsasən hesabatların hazırlanması, təhlili və təqdim edilməsi. Uyğun namizədlərdən CV-lərini mövzu sətrində Nəzarət sahəsi üzrə menecer qeydi edərək elektron ünvanına göndərməyini xahiş edirik.

AFB Bank

Əlaqə İnformasiya:
cv@afb.az

Yayım tarixi
Bu səhifəni Paylaş - Saxla Yadda Paylaş FaceBook Paylaş Twitter Paylaş MAIL.ru Paylaş WhatsApp