Əməliyyatçı – Korporativ əməliyyatlar üzrə mütəxəssis

Vəzifə: Əməliyyatçı . İş qrafiki: 09:00 – 18:00 (Bazar ertəsi – Cümə)Ünvan: Bakı şəhəri.
NAMİZƏDƏ DAİR TƏLƏBLƏR:
Ali təhsil;Müvafiq sahə üzrə 1 il iş təcrübəsi;Sahəyə aid olan qayda və normativləri bilməsi;Gərgin iş qrafikində işləmək bacarığı;Ünsiyyət qurmaq bacarığı;Azərbaycan və rus dillərində səlis danışmaq bacarığı,ingilis dili bilənlərə üstünlük verilir;Ofis proqramlarından mükəmməl istifadə bacarığı;Komandada işləmək bacarığı.
İŞİN TƏSVİRİ:
Korporativ müştərilərə Bankın bütün məhsul və xidmətləri haqqında dolğun məlumat və məsləhətlər vermək;Müxtəlif xidmət sahələri üzrə müştərilərin müraciətlərini qəbul etmək;Qəbul olunmuş sənədlərin icrasını təmin etmək (bank sistemindən keçirmək);Bank sistemində hesabların müvafiq qaydada açılmasını təmin etmək;Depozit, bank əmək haqqı kartları, qiymətli metalları, bank seyfi üzrə əməliyyatlar üçün müştəri müraciətlərini qəbul etmək;Müştərilər üçün müvafiq qaydada ödəniş tapşırıqlarını tərtib etmək, müvafiq müraciət formlarının doldurulmasında köməklik göstərmək;Müştərilərin hesabları üzrə tələb etdikləri məlumat və sənədləri hazırlayıb təqdim etmək. Uyğun namizədlərdən CV-lərini mövzu sətrində Əməliyyatçı qeydi edərək elektron ünvanına göndərməyini xahiş edirik.

AFB Bank

Əlaqə İnformasiya:
cv@afb.az

Yayım tarixi
Bu səhifəni Paylaş - Saxla Yadda Paylaş FaceBook Paylaş Twitter Paylaş MAIL.ru Paylaş WhatsApp