AFB BANK-da təcrübə proqramı

AFB BANK ASC təcrübə proqramına start verir!Layihə Cəmiyyətimizin gələcəyi olan savadlı və özünə güvənən gəncləri, Azərbaycanda və xarici ölkələrdə təhsil alan tələbələri AFB Bank -da dəyərləndirmək, potensiallı gənclərin komandamıza qatılmasına nail olmaq məqsədi daşıyır.Layihə çərçivəsində 3 ay müddətində təcrübəçilər Bankın fərqli, əsasən də müştəri xidməti strukturlarında təcrübə keçəcək, təcrübə müddətini uğurla başa vuran gənclərin hər birinə Bank tərəfindən xüsusi sertifikat və müsbət xasiyyətnamə təqdim ediləcəkdir.Qeyd edək ki, Təcrübə proqramının sonunda yaxşı nəticələr göstərən gənclərə mövcud vakansiyalar üzrə iş təklifi veriləcək.Təcrübə proqramına kimlər müraciət edə bilər?Universitetin son kurs tələbələri; Magistratura pilləsi üzrə təhsil alanlar və məzunlar;Gələcək karyerasını bank sektorunda qurmaq istəyən, yüksək analitik düşünmə qabiliyyətinə malik, öyrənməyə və özünü fasiləsiz olaraq inkişaf etdirməyə həvəsi olan gənclər.Yaşının 18-dən yuxarı olması (maksimum yaş həddi 25); Proqrama qoşulmaq üçün aşağıdakı tələblərə uyğun namizədlərə üstünlük veriləcəkdir.Ali təhsil,MS Office proqramları ilə işləmək bacarığıAzərbaycan dilində səlis danışıq qabiliyyəti (rus dili arzu olunandır);Ünsiyyətcil və özünü təqdim etmə bacarığına malik olma; Təcrübəçilərə Bankda nəzəri təlimlər keçiriləcək, müxtəlif istiqamətlər üzrə məlumat veriləcək və gündəlik iş prosesində onların iştirakı təmin ediləcəkdir.Siz də bizim komandaya qoşulmaq və bizimlə karyeranıza başlamaq istəyirsinizsə CV-lərinizin mövzu sətrində Təcrübəçi qeydi edərək elektron ünvanına göndərə bilərsiniz.

AFB Bank

Əlaqə İnformasiya:
cv@afb.az

Yayım tarixi
Bu səhifəni Paylaş - Saxla Yadda Paylaş FaceBook Paylaş Twitter Paylaş MAIL.ru Paylaş WhatsApp