Yük və baqaj qəbul-təhvilçisi – Xaçmaz rayonu

Əmək şəraiti: Ofisxarici İş vaxtının norması 2 növbəli Vəzifə (peşə) üzrə əmək haqqı Ştat cədvəlinə uyğun olaraq Əlavə ödəniş –
Təhsil istiqaməti/ixtisası: – Minimum təhsil dərəcəsi Orta təhsil Ümumi iş təcrübəsi 1 il Sahə üzrə iş təcrübəsi –
Tələb olunan biliklər: Daşıma və yük baqajlarının daşınma sənədlərinin tərtib edilməsi qaydalarına dair biliklər; Yük və baqajların yüklənmə, bərkidilmə və boşaldılması, vaqon və konteynerlərin plomblanması, yüklərin buruntalarının və nişanlarının bərkidilməsi, yük və baqajların daşınma üçün qəbulu və onların alıcılara verilməsi, yükləmə-boşaldılma işləri zamanı təhlükəsizlik texnikası qaydalarına dair biliklər; Müxtəlif yüklərin daşınması zamanı vaqonlarda yerləşdirilmə, qablaşdırma üzrə dövlət standartlarına dair biliklər; Baqajların saxlanma qaydalarına dair biliklər; Kommersiya aktlarına, ümumi formalı aktlara dair biliklər; Təhlükəsizlik texnikası üzrə təlimata dair biliklər.
Fərdi keyfiyyət göstəriciləri: Keyfiyyət yönümlülük Diqqətlilik İntizamlılıq Digər tələb və üstünlük göstəriciləri Rus dilini bilən kişi namizədlərə üstünlük verilir.
Komputer bilikləri: MS Excel-orta MS Word-orta Dil bilikləri – Tələb olunan vəsiqə və ya sertifikat Tələb edilmir
Vəzifə öhdəlikləri: Yük və kommersiya əməliyyatlarının icrası, yük və baqajların yüklənməsi, boşaldılması, çeşidlənməsi, qəbulu, təhvili və çəkilməsi işlərinin təşkili; Yük və baqajların yüklənməsi, boşaldılması və təhvil verilməsi işlərinin yerinə yetirilməsinin təmin edilməsi; Yük və baqajın işlənməsi, qəbulu, göndərilməsi üzrə uçotun aparılması və daşıma sənədlərinin tərtib edilməsi; Yük və baqajların sazlanması və daşınması zamanı toxunulmazlığının təmin edilməsi, onun anbar və vaqonlarda səmərəli yerləşdirilməsi; Hərəkət heyətinin yük əməliyyatları altında dayanma vaxtının azaldılması üçün tədbirlər görülməsi; Təhlükəsizlik texnikasına əməl edilməsinə nəzarət edilməsi.

Azərbaycan Dəmir Yolları

Əlaqə İnformasiya:
hr.recruitment@ady.az, +994124996540, Rəsmi saytda Onlayn müraciət edin https://career.ady.az/Candidate/Index

Yayım tarixi
Bu səhifəni Paylaş - Saxla Yadda Paylaş FaceBook Paylaş Twitter Paylaş MAIL.ru Paylaş WhatsApp