Teplovoz maşinist köməkçisi – Bakı şəhəri

Əmək şəraiti: Ofisxarici İş vaxtının norması 2 növbəli Vəzifə (peşə) üzrə əmək haqqı Ştat cədvəlinə uyğun olaraq Əlavə ödəniş –
Təhsil istiqaməti/ixtisası: Teplovoz maşinist köməkçisi Minimum təhsil dərəcəsi Peşə təhsili
Sahə üzrə stajı:
Tələb olunan biliklər: Azərbaycan Dəmir Yollarının texniki istismar qaydaları; İşarəvermə təlimatı; Qatarların hərəkəti və manevr işi üzrə təlimatı; Lokomotivlərə texniki xidmət olunması, qatarların səmərəli idarə edilməsi və manevr işinin yerinə yetirilməsi üzrə texniki biliklər.
Fərdi keyfiyyət göstəriciləri: Keyfiyyət yönümlülük Diqqətlilik İntizamlılıq Digər tələb və üstünlük göstəriciləri Teplovoz maşinist köməkçisi peşəsi üzrə ən azı 1 il iş təcrübəsi olan namizədlərə üstünlük verilir.
Komputer bilikləri: – Dil bilikləri – Tələb olunan vəsiqə və ya sertifikat Tələb edilmir
Vəzifə öhdəlikləri: Lokomotivə qulluq və texniki xidmət göstərmək üçün maşinist tərəfindən verilən tapşırıqları vaxtında və dəqiq yerinə yetirmək; Lokomotivin detal və aqreqatlarının, xidmət etdiyi qatarların vəziyyətlərinə nəzarət etmək; Lokomotivin (qatarın) özbaşına hərəkətə gəlməsinin qarşısını almaq üçün bərkidilməsinə nəzarət etmək; Svetoforun qadağanedici işarəsinə doğru hərəkət edərkən maşinistə işarənin göstərişini, kontrollerin vəziyyətini və tormoz magistralındakı təzyiqin miqdarını şifahi qaydada məruzə etmək; Qadağanedici işarəni keçməmək üçün qatarın (lokomotivin) dayandırılmasına maşinist tərəfindən cəhd olmadıqda tədbir görmək; Maşinist lokomotivi idarə etmək qabiliyyətini qəflətən itirdikdə qatarı (lokomotivi) dayandırmaq, onu özbaşına hərəkətə gəlməsinə qarşı müəyyən edilmiş qaydada bərkitmək, yaxınlıqdakı qatarların maşinistlərinə, qatar dispetçerinə, stansiyaların növbətçisinə radiorabitə vasitəsilə məlumat vermək; Texniki istismar qaydalarının, qüvvədə olan təlimatların, əmrlərin və göstərişlərin tələblərinə riayət etmək, hərəkətin təhlükəsizliyini təmin etmək.
Ünvan: Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, A.Zeynallı küçəsi 3

Azərbaycan Dəmir Yolları

Əlaqə İnformasiya:
hr.recruitment@ady.az, +994124996540, Rəsmi saytda Onlayn müraciət edin https://career.ady.az/Candidate/Index

Yayım tarixi
Bu səhifəni Paylaş - Saxla Yadda Paylaş FaceBook Paylaş Twitter Paylaş MAIL.ru Paylaş WhatsApp