Şöbə rəisinin müavini – Bakı şəhəri

Əmək şəraiti: Ofisdaxili İş vaxtının norması 09:00-18:00 / 5 günlük iş həftəsi Vəzifə (peşə) üzrə əmək haqqı Ştat cədvəlinə uyğun olaraq Əlavə ödəniş –
Təhsil istiqaməti/ixtisası: İstənilən Minimum təhsil dərəcəsi Bakalavriat
Sahə üzrə stajı: 3 il
Tələb olunan biliklər: Azərbaycan Respublikasının Əmək Qanunvericiliyi; Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrində kargüzarlığın aparılması; Sənədləşdirmə və hesabatların tərtib edilməsi; İnsan resurslarının idarə edilməsinə dair biliklər (insan resurslarının planlaşdırılması, karyeranın idarə edilməsi, xidməti fəaliyyətin qiymətləndirilməsi, təlimlərin planlaşdırılması).
Fərdi keyfiyyət göstəriciləri: Kommunikabellilik Təşəbbüskarlıq Strateji düşüncə Hədəfi müəyyənləşdirmə Komanda işini təşviq etmə Dəyişiklikləri idarə etmə Digər tələb və üstünlük göstəriciləri İqtisadiyyat və yaxud idarəetmə sahəsində ali təhsil; İnsan resursları sahəsində beynəlxalq sertifikat (SHRM, CIPD, CHRM); MS Office Project proqramına dair praktiki biliklər; Rus və ingilis dillərində ədəbiyyatlardan istifadə etmək; Karyeranın idarə edilməsi sahəsində və təlimlərin planlaşdırılması prosesində təcrübə; Xidməti fəaliyyətin qiymətləndirilməsi; İnsan resurslarının kəmiyyət və keyfiyyət göstəricilərinin planlaşdırılması.
Komputer bilikləri: MS Office-yaxşı Dil bilikləri İngilis-sərbəst Rus-yaxşı Tələb olunan vəsiqə və ya sertifikat Tələb edilmir
Vəzifə öhdəlikləri: Karyera inkişaf planlarının icrasını təmin etmək məqsədilə fərdi inkişaf planlarına uyğun olaraq işçilərin peşəkarlıq və fərdi keyfiyyət göstəricilərinin təkmilləşdirilməsinə nəzarət edilməsi; Şöbənin fəaliyyət sahəsinə aid təlimatların, prosedurların, iş diaqramlarının, metodikanın və digər korporativ sənədlərin hazırlanması və tətbiq edilməsi, digər müvafiq qaydaların işlənib hazırlanmasında iştirak edilməsi; #x9; İşçilərin vəzifə və peşələrin tələblərinə uyğunluğunun aşkarlanması və istedadların müəyyən edilməsi məqsədilə onların xidməti fəaliyyətinin qiymətləndirilməsinin və bundan irəli gələn tədbirlərin icrasının təşkil edilməsi, habelə əmək qanunvericiliyi ilə müəyyən olunmuş qaydada işçilərin attestasiyasının keçirilməsinin təşkil edilməsi, attestasiyanın nəticələrinin təhlilində iştirak edilməsi, attestasiya komissiyasının qərarlarının icrasına nəzarətin həyata keçirilməsi; #x9; Əməyinin stimullaşdırılmasına nail olmaq məqsədilə istedadlar müəyyən etmək, daxili kadr ehtiyatı bazasının formalaşdırılması, karyera və fərdi inkişaf planlarının hazırlanması və həyata keçirilməsi üzrə tədbirlərin icrasının təşkil edilməsi; #x9; İşçilərin maddi motivasiyasının təmin edilməsi məqsədi ilə fəaliyyətin nəticəsinə əsaslanan müvafiq mükafatlandırma sisteminin hazırlanmasının təşkil edilməsi; #x9; Cəmiyyətin müvafiq struktur bölmələri üzrə başqa işə keçirmələrə təşkilinə və icrasına nəzarət edilməsi; #x9; Şöbənin fəaliyyəti çərçivəsində proseslərin avtomatlaşdırılmasında iştirak edilməsi.
Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi 230

Azərbaycan Dəmir Yolları

Əlaqə İnformasiya:
+994124996540, Rəsmi saytda Onlayn müraciət edin https://career.ady.az/Candidate/Index

Yayım tarixi

Bu səhifəni Paylaş -
Saxla Yadda Paylaş FaceBook Paylaş Twitter Paylaş MAIL.ru Paylaş WhatsApp