Şəbəkə rəisi – Qəbələ rayonu

Əmək şəraiti: Ofisdaxili və ofisxarici İş vaxtının norması 08:00-17:00 / 5 günlük iş həftəsi Vəzifə (peşə) üzrə əmək haqqı Ştat cədvəlinə uyğun olaraq Əlavə ödəniş –
Təhsil istiqaməti/ixtisası: Elektrik təsərrüfatı Elektrik montyoru Minimum təhsil dərəcəsi Orta ixtisas təhsili Sahə üzrə iş təcrübəsi 3 il
Tələb olunan biliklər: Şəbəkə rayonunun ərazisi daxilində enerji təchizatı, texniki, təmas şəbəkəsinin qidalanma sxemi; Təmas şəbəkəsinin sənədlərə uyğun istismar və texniki təhlükəsizlik qaydaları; Operativ heyətlə əlaqənin vasitələri; Elektrikləşdirilmiş dəmir yolunun təmas şəbəkəsinin saxlanma qaydaları; Qatarların hərəkət təlimatı, mərkəzləşmə və bloklama, siqnalizasiya qurğuları, saxlanılması, texniki təlimatı; Təmas şəbəkəsində baş vermiş qəzaların aradan qaldırılma təlimatları; Təmas şəbəkəsinin çətin və yüksək gərginlikli yerlərində iş icrasının üsulları; Təmas şəbəkə rayonu işçilərinin vəzifə və peşələrinin tarif dərəcə xüsusiyyətləri; Şəbəkə rayonunun texniki və təsərrüfat fəaliyyətinə aid əmrlər, sərəncamlar və digər aidiyyəti sənədlər üzrə biliklər.
Fərdi keyfiyyət göstəriciləri: Problem həlletmə Keyfiyyət yönümlülük Qərar qəbuletmə Nəticəyə istiqamətləndirmə Hədəfi müəyyənləşdirmə Komanda işini təşviq etmə Digər tələb və üstünlük göstəriciləri –
Komputer bilikləri: – Dil bilikləri – Tələb olunan vəsiqə və ya sertifikat Tələb edilmir
Vəzifə öhdəlikləri: Təmas şəbəkə rayonunun texniki və təsərrüfat işinə rəhbərlik edir; Təmas şəbəkəsi qurğularının və elektrik təchizatı xətlərinin cari istismarının və təmirinin icrasının vaxtında təşkili və planlaşdırılması, təmas şəbəkəsinin və elektrik ötürücülərinin təkmilləşdirilməsi və gücləndirilməsi işlərini təşkil edir; Normativ göstəricilərə əsasən təmas şəbəkəsinin vəziyyətinin saz saxlanılmasını təmin edir; Yanacaq və digər materiallara qənaət edilməsini təmin edir, elektrik montyorlarına texniki təhlükəsizlik qaydalarına uyğun olaraq təlimat keçir, naryad tərtib edir; Təmas şəbəkə rayonunun rəisinin iştirakı zəruri olan işlərdə şəxsən iştirak edir; Texniki təhlükəsizlik qaydalarına riayət edilməsini və işin keyfiyyətli icra olunmasını yoxlayır; Təmas şəbəkə qurğularının və elektrik ötürücü xətlərinin vəziyətinin saz saxlanmasını şəxsən baxış keçirməklə təmin edir; Nasazlıqların qeydə alınması və onların aradan qaldırılmasını təşkil edir; Təmas şəbəkə rayonunun işini analiz edir, qurğuların və elektrik ötürücü xətlərinin texnoloji və xidməti xəritəsinə əsasən nasazlıqların ola biləcəyinin xəbərdarlıq edilməsi və tədbirlərin hazırlanmasında, yerinə yetirilməsində iştirak edir; Xəsarət və qəza hadisələrinin araşdırılması, işçilər tərəfindən istehsalat və əmək intizamının, əməyin mühafizəsinin qayda və normalarına, texniki təhlükəsizliyə və istehsalat sanitariya qaydalarına riayət edilməsinə nəzarət edir; Şəbəkə rayonunda baş verə biləcək hadisələrin təcili şəkildə aradan qaldırılması metod və üsullarını təlimata uyğun işçilərə öyrədir və həmin işçilərə rəhbərlik edir; Bərpa texnikasının, avtomaşın və s. daimi hazır olmasını və onların lazımı materiallar- detallar, naqillər və ehtiyat hissəlləri ilə, işçilərin norma əsasında xüsusi geyimlə təmin edilməsini təşkil edir; Texniki sənədləşməni və hesabatları aparır.
Ünvan: Qəbələ rayonu, Hacıalılı kəndi

Azərbaycan Dəmir Yolları

Əlaqə İnformasiya:
hr.recruitment@ady.az, +994124996540, Rəsmi saytda Onlayn müraciət edin https://career.ady.az/Candidate/Index

Yayım tarixi
Bu səhifəni Paylaş - Saxla Yadda Paylaş FaceBook Paylaş Twitter Paylaş MAIL.ru Paylaş WhatsApp