Sazlayıcı – Bakı şəhəri

Əmək şəraiti: Ofisxarici İş vaxtının norması 08:00-17:00 / 5 günlük iş həftəsi Vəzifə (peşə) üzrə əmək haqqı Ştat cədvəlinə uyğun olaraq Əlavə ödəniş –
Təhsil istiqaməti/ixtisası: İstənilən Minimum təhsil dərəcəsi Orta ixtisas təhsili Sahə üzrə iş təcrübəsi 1 il
Tələb olunan biliklər: Xidmət edilən vaqonların aparatlarının, cihazlarının, maşın və mexanizmlərinin iş rejimi, konstruksiyası, kinematik sxemləri, yolun üst quruluşu və və süni tikililərin quruluşuna dair biliklər; Hərəkət heyətinin tikililərinə dövlət standartının qoyduğu yaxınlaşma əndazələri, xidmət edilən avadanlığın sazlanma, tənzimlənmə və saxlanma qaydalarına dair biliklər; Nasazlıqların aşkara çıxarılma və onların aradan qaldırılma qaydalarına dair biliklər; Nəzarət edilən obyektlərin nasazlıqlarının tənzimlənməsinə, nəzarət-ölçü cihazlarının göstəriciləri üzrə onların qiymətləndirmə normalarına dair biliklər; Elektrik və kinematik sxemlər, elektrotexnika, radiotexnika, elektronika, mexanika və hidravlikaya dair biliklər.
Fərdi keyfiyyət göstəriciləri: Keyfiyyət yönümlülük Diqqətlilik İntizamlılıq Digər tələb və üstünlük göstəriciləri –
Komputer bilikləri: – Dil bilikləri – Tələb olunan vəsiqə və ya sertifikat Tələb edilmir
Vəzifə öhdəlikləri: Vaqon-laboratoriyalarının, əndazə yoxlayan, yol ölçən, yol yoxlayan defektoskopların və müxtəlif qurğu və avadanlıqların, maşın və mexanizmlərin nəzarət-ölçü və qeydiyyat aparatlarının və mexanizmlərinin köməyi ilə dəmir yolunun və digər dəmir yol obyektlərinin vəziyyətinə nəzarət edilməsi və nasazlıqların aradan qaldırılması; Nəzarətin nəticələrinin şərh edilməsi; Maşın mexanizm və avadanlıqların sazlanması və tənzimlənməsi; Nəzarət-ölçü aparatlarından istifadə etməklə defektoskop qurğularının, ultra-səs və çıxarılma maqnit defektoskop qurğularının, qovşaqlarının idarə sisteminin sazlanması və tənzimlənməsi; Yol maşınlarının, mexanizmlərinin, defektoskoplarının, alətlərinin, qovşaqlarının və mexanizmlərinin nasazlıqlarının təyin edilməsi; Nəzarət-ölçü cihazlarının göstəricilərinin düzgünlüyünün yoxlanılması; Texniki sənədlərin tərtib edilməsi və doldurulması.
Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi 230

Azərbaycan Dəmir Yolları

Əlaqə İnformasiya:
hr.recruitment@ady.az, +994124996540, Rəsmi saytda Onlayn müraciət edin https://career.ady.az/Candidate/Index

Yayım tarixi

Bu səhifəni Paylaş -
Saxla Yadda Paylaş FaceBook Paylaş Twitter Paylaş MAIL.ru Paylaş WhatsApp