Qatar tərtibçisi – Sumqayıt şəhəri

Əmək şəraiti: Ofisxarici İş vaxtının norması 2 növbəli Vəzifə (peşə) üzrə əmək haqqı Ştat cədvəlinə uyğun olaraq Əlavə ödəniş –
Təhsil istiqaməti/ixtisası: – Minimum təhsil dərəcəsi Orta təhsil
Sahə üzrə stajı:
Tələb olunan biliklər: Manevrlərin keçirilməsi qaydaları; Hərəkət heyətlərinin təşkil edilməsi-dağıdılması; Tormoz başmaqlarının quruluşu və onlardan istifadə qaydaları; Yollarda dayanan vaqonların bərkidilmə qaydaları və normaları; Mərkəzləşdirilməmiş nişanların və yerli idarəyə verilmiş mərkəzləşdirilmiş nişanların keçirilməsi qaydaları; Yolların profili, planı, xüsusiyyətləri və tutumu, xidmət edilən manevr rayonlarında olan vaqonların yükləmə və boşaldılma məntəqələrinin yerləşmə qaydası; Qatarın çəpərlənmə qaydaları.
Fərdi keyfiyyət göstəriciləri: Keyfiyyət yönümlülük Diqqətlilik İntizamlılıq Digər tələb və üstünlük göstəriciləri –
Komputer bilikləri: – Dil bilikləri – Tələb olunan vəsiqə və ya sertifikat Tələb edilmir
Vəzifə öhdəlikləri: Hərəkət heyətlərinin və vaqon qruplarının açılması və tərtib edilməsi; Vaqonların qatarlara qoşulması və açılması, yükləmə və boşaldılma və digər xüsusi yollara verilməsi, bu yollardan götürülməsi, hərəkət heyətləri və vaqonların stansiyadan stansiyaya və parkdan parka ötürülməsi; Qatarların avtomatik tormozlarının sınağında iştirak edilməsi; Nişanlama, postların növbətçilərinin xidmət etdikləri mərkəzləşdirilmiş nişanların və ya yerli idarəyə verilmiş mərkəzləşdirilmiş nişanların aparılması; Çeşidləmə təpələrindən hərəkət heyətlərinin buraxıldığı zaman vaqonların açılması; Qatarların mənzildə dayanması və ya yollarda dayanan ayrı-ayrı vaqonların əl tormozları və tormoz başmaqları vasitəsilə bərkidilməsi və onların vaqonların altından götürülməsi.
Ünvan: Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, H.Z.Tağıyev stansiyası

Azərbaycan Dəmir Yolları

Əlaqə İnformasiya:
hr.recruitment@ady.az, +994124996540, Rəsmi saytda Onlayn müraciət edin https://career.ady.az/Candidate/Index

Yayım tarixi
Bu səhifəni Paylaş - Saxla Yadda Paylaş FaceBook Paylaş Twitter Paylaş MAIL.ru Paylaş WhatsApp