Qarovul rəisinin köməkçisi – Qəbələ şəhəri

Əmək şəraiti: Ofisdaxili və ofisxarici İş vaxtının norması 1 növbəli Vəzifə (peşə) üzrə əmək haqqı Ştat cədvəlinə uyğun olaraq Əlavə ödəniş –
Təhsil istiqaməti/ixtisası: – Minimum təhsil dərəcəsi Orta təhsil Sahə üzrə iş təcrübəsi 1 il
Tələb olunan biliklər: Qeyri-dövlət (özəl) mühafizə fəaliyyəti haqqında Azərbaycan Respublikasının Qanunu; Xidməti və mülki silah haqqında Azərbaycan Respublikasının Qanunu; Texniki təhlükəsizlik haqqında Azərbaycan Respublikasının Qanunu; Obyektlərin mühafizəsini tənzimləyən əmrlər, göstərişlər, təlimatlar və digər aidiyyəti normativ-hüquqi aktlar; Obyektlərin yanğından mühafizə vasitələri ilə təchizatına qoyulan tələblər; Yanğından mühafizə, siqnalizasiya vasitələrinin təyinatı, taktiki-texniki xüsusiyyətləri və istismar qaydaları; Təxirəsalınmaz ilkin tibbi yardım qaydaları; Daxili əmək intizamı qaydaları; Buraxılış rejimi haqqında təlimat; Qanun pozuntularına yol vermiş şəxslər haqqında materialların hazırlanması və silahın işlədilməsi qaydaları; Qarovulun vəzifələri, qorunan obyektlərin əraziləri və onların zəif qorunan yerləri, ətraf əraziləri, rabitə, siqnalizasiya və yanğınsöndürən vasitələrin yerləşdirilməsi; Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizə qayda və normaları.
Fərdi keyfiyyət göstəriciləri: Keyfiyyət yönümlülük Diqqətlilik İntizamlılıq Digər tələb və üstünlük göstəriciləri 35 yaşa qədər, boyu 1. 75 sm-dən yuxarı, hərbi xidməti başa vurmuş, hər hansı bir idman növü ilə məşğul olmaq üstünlükdür; İngilis və ya rus dilini bilmək üstünlükdür.
Komputer bilikləri: – Dil bilikləri – Tələb olunan vəsiqə və ya sertifikat Tələb edilmir
Vəzifə öhdəlikləri: Növbənin, postların, təhvil-təslim prosesinin aparılması (silah-sursatlar, avadanlıqlar, sənədlər), gündəlik iş planının hazırlanması; Sıra baxışında iştirak edən şəxsi heyətin işə yararlılığının (gigiyena, sağlamlıq vəsiqələri, geyimləri) qiymətləndirilməsi, onların təlimatlandırılması və postlar üzrə bölüşdürülməsi; Postların, inzibati binaların, dəmir yollarına aid olan qiymətli malların, sərnişin vaqonlarının ehtiyat parklarının, yük postlarının vaqonlarını yoxlamaq və mühafizə etmək; Şəxsi heyət tərəfindən qarovul çəkilməsinin yoxlanılması, daşınan mala yoxlanış baxışının keçirilməsi, baxış texnikasının, işçilərin vəziyyətinə nəzarət edilməsi.
Ünvan: Qəbələ şəhəri, Qəbələ rayonu, Hacıalılı kəndi

Azərbaycan Dəmir Yolları

Əlaqə İnformasiya:
hr.recruitment@ady.az, +994124996540, Rəsmi saytda Onlayn müraciət edin https://career.ady.az/Candidate/Index

Yayım tarixi
Bu səhifəni Paylaş - Saxla Yadda Paylaş FaceBook Paylaş Twitter Paylaş MAIL.ru Paylaş WhatsApp