Mühəndis-texnoloq – Salyan şəhəri

Əmək şəraiti: Ofisdaxili İş vaxtının norması 08:00-17:00 / 5 günlük iş həftəsi Vəzifə (peşə) üzrə əmək haqqı Ştat cədvəlinə uyğun olaraq Əlavə ödəniş –
Təhsil istiqaməti/ixtisası: İstənilən Minimum təhsil dərəcəsi Bakalavriat
Sahə üzrə stajı: 2 il
Tələb olunan biliklər: İstehsalın texnoloji hazırlanmasına və mühəndislik işinə aid olan yuxarı və digər orqanların qərar, sərəncam və əmrləri, metodiki, normativ və rəhbər materialları; Tədqiqat metodları, işin yerinə yetirilməsinin qayda və şərtləri; Əsas texnoloji avadanlıq və onun işləmə prinsipi; layihələşdirmə sahəsində ölkə və xarici texnologiyanın analoji-texnoloji və texniki xüsusiyyətləri və iqtisadi göstəriciləri; Texniki sənədlərin tərtibi və rəsmiləşdirilməsi üzrə qüvvədə olan standartlar, texniki şərtlər, əsasnamə və təlimatlar; Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizənin qayda və normaları.
Fərdi keyfiyyət göstəriciləri: Keyfiyyət yönümlülük Diqqətlilik İntizamlılıq Digər tələb və üstünlük göstəriciləri –
Komputer bilikləri: MS Word-yaxşı MS Excel-yaxşı Dil bilikləri İngilis-yaxşı Rus-yaxşı Tələb olunan vəsiqə və ya sertifikat Tələb edilmir
Vəzifə öhdəlikləri: Lazım olan texniki məlumatları, işin göstəricilərini və nəticələrini öyrənir və təhlil edir, onları ümumiləşdirir və sistemləşdirir, müasir texniki vasitələrdən istifadə etməklə zəruri olan hesabatları aparır; İşlərin qrafiklərini, sifarişləri, təlimatları, sxem və digər texniki sənədləri tərtib edir, eləcə də təsdiq olunmuş forma və müəyyən olunmuş müddətlər üzrə qoyulmuş hesabatları tərtib edir; Avadanlığın vəziyyətinə və istismar edilməsinə nəzarət edir, daxili ehtiyatları üzə çıxarır, onun işində olan çatışmazlığın və nasazlığın səbəblərini müəyyən edir, onların aradan qaldırılması tədbirlərini həyata keçirir; Müəssisələrdə istehsalın texnoloji rejimini və texnoloji proseslərin avtomatlaşdırılmasını təmin edir; Texnoloji normativləri, təlimatları, yığım sxemlərini, marşrut xəritələrini, texniki səviyyə və məhsulun keyfiyyət xəritəsini və başqa texnoloji sənədləri işləyib hazırlayır, istehsalatda texnoloji prosesləri və rejimləri təshih etməklə bağlı texniki sənədlərdə dəyişikliklər edir; Sexlərdə texnoloji intizama riayət olunmasına və texnoloji avadanlığın düzgün istismarına nəzarət edir; İstehsal texnologiyasının təkmilləşdirilməsi haqqında səmərəliləşdirmə təklifini nəzərdən keçirir və ondan istifadə olunmasının məqsədəuyğunluğuna rəy verir.
Ünvan: Salyan şəhəri, 20 Yanvar küçəsi 74

Azərbaycan Dəmir Yolları

Əlaqə İnformasiya:
hr.recruitment@ady.az, +994124996540, Rəsmi saytda Onlayn müraciət edin https://career.ady.az/Candidate/Index

Yayım tarixi
Bu səhifəni Paylaş - Saxla Yadda Paylaş FaceBook Paylaş Twitter Paylaş MAIL.ru Paylaş WhatsApp