Köməkçi – Bakı şəhəri

Əmək şəraiti: Ofisdaxili İş vaxtının norması 09:00-18:00 / 5 günlük iş həftəsi Vəzifə (peşə) üzrə əmək haqqı Ştat cədvəlinə uyğun olaraq Əlavə ödəniş –
Təhsil istiqaməti/ixtisası: İstənilən Minimum təhsil dərəcəsi Bakalavriat Sahə üzrə iş təcrübəsi –
Tələb olunan biliklər: Məlumat toplamaq və almaq üçün texniki vasitələrdən istifadə qaydalarına dair biliklər; Uçot və kargüzarlıq işlərinin aparılması üzrə əsasnamə və təlimatlara dair biliklər; İşgüzar məktubların tərtib edilməsi, materialların saxlanılması və araşdırılmasına dair biliklər; Daxili əmək intizamı qaydalarınına dair biliklər.
Fərdi keyfiyyət göstəriciləri: Planlaşdırma Diqqətlilik İntizamlılıq Digər tələb və üstünlük göstəriciləri –
Komputer bilikləri: MS Office-yaxşı Dil bilikləri İngilis-orta Rus-orta Tələb olunan vəsiqə və ya sertifikat Tələb edilmir
Vəzifə öhdəlikləri: Müəssisənin bölmələrinin fəaliyyətinə aid olan sənədləri nəzərdən keçirmək; Sorğu materiallarının komplektləşdirilməsini təmin etmək və onları sistemləşdirmək; Kənar təşkilatlara göndərilən sənədlərin tərtibi və hazırlanmasında iştirak etmək; Aparatın idarə və şöbələrindən rəhbərə lazım olan məlumatları və materialları almaq, onları təhlil etmək və nəticəsi barədə məruzə etmək; Rəhbərin telefon əlaqələrini təşkil etmək, iclas və müşavirələrinin keçirilməsini planlaşdırmaq; Müəyyən edilmiş kargüzarlıq işlərini aparmaq; Rəhbərin verdiyi göstərişlərin uçotunu aparmaq və nəzarətdə saxlayaraq onların icra vəziyyəti barədə rəhbəri məlumatlandırmaq.
Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi 230

Azərbaycan Dəmir Yolları

Əlaqə İnformasiya:
+994124996540, Rəsmi saytda Onlayn müraciət edin https://career.ady.az/Candidate/Index

Yayım tarixi

Bu səhifəni Paylaş -
Saxla Yadda Paylaş FaceBook Paylaş Twitter Paylaş MAIL.ru Paylaş WhatsApp