Kassir-nəzarətçi – Bakı

Əmək şəraiti: Ofisdaxili və ofisxarici İş vaxtının norması 2 növbəli Vəzifə (peşə) üzrə əmək haqqı Ştat cədvəlinə uyğun olaraq Əlavə ödəniş –
Təhsil istiqaməti/ixtisası: İstənilən Minimum təhsil dərəcəsi Bakalavriat
Sahə üzrə stajı:
Tələb olunan biliklər: Bilet satışına dair biliklər; Şəhərətrafı qatarlarda gediş qaydalarına dair biliklər; Sərnişinlərin gediş sənədlərinin yoxlanılması və onların minik üçün buraxılması qaydasına dair biliklər; Sərnişin daşınmasında xidmət qaydaları ilə bağlı əmrlər, təlimatlar, normativ və digər sənədlərə dair biliklər; Sərnişin, baqaj və yük-baqajın daşınması qaydasına dair biliklər; Qatarların hərəkət cədvəli, qatarların hərəkət marşrutu, istiqamətlər üzrə gediş qiymətlərinə dair biliklər; Dəmir yolu müəssisələrində işçilərin intizam nizamnaməsinə dair biliklər; Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası, yanğından mühafizə norma və qaydaları.
Fərdi keyfiyyət göstəriciləri: Keyfiyyət yönümlülük Müştəri yönümlülük Diqqətlilik Digər tələb və üstünlük göstəriciləri 40 yaşadək namizədlərə üstünlük verilir.
Komputer bilikləri: – Dil bilikləri Rus-yaxşı İngilis-orta Tələb olunan vəsiqə və ya sertifikat Tələb edilmir
Vəzifə öhdəlikləri: Sərnişin biletlərinin, plastik kartların satışı və geri qaytarılmasının həyata keçirilməsi; Növbə ərzində pul vəsaitlərinin, material qiymətlərinin qorunub saxlanılmasının təmin edilməsi; Növbənin sonunda bilet satışından əldə olunmuş pul vəsaitinin müəyyən olunmuş qayda əsasında inkassatora təhvil verilməsi; Sərnişinlərin yalnız turniket keçidindən istifadə etməklə elektrik qatarlarına və əksinə keçmələrinə nəzarət edilməsi və köməklik göstərilməsi, qatarlara təhlükəsiz minib-düşməsinin təmin və təşkil edilməsi; Biletsiz sərnişinlərin buraxılmamasına nəzarət edilməsi; Şəhərətrafı qatarların hərəkət cədvəllərində baş vermiş dəyişikliklərlə sərnişinlərin vaxtında məlumatlandırılması; Avtomatlaşdırılmış qurğuların və digər avadanlıqların fasiləsiz işləməsinə nəzarət edilməsi; Şəhərətrafı elektrik qatarlarına keçid hissədə, kassa otaqlarında, xidməti-texniki otaqlarda, platformalarda təmizlik işlərinin aparılması və təmiz saxlanılmasının təmin edilməsi.
Ünvan: Bakı şəhəri, Fikrət Əmirov küçəsi 24, Yeni vağzal binası

Azərbaycan Dəmir Yolları

Əlaqə İnformasiya:
+994124996540, Rəsmi saytda Onlayn müraciət edin https://career.ady.az/Candidate/Index

Yayım tarixi

Bu səhifəni Paylaş -
Saxla Yadda Paylaş FaceBook Paylaş Twitter Paylaş MAIL.ru Paylaş WhatsApp