İnvestisiya layihələrinin idarə edilməsi üzrə menecer – Bakı şəhəri

Əmək şəraiti: Ofisdaxili İş vaxtının norması 09:00-18:00 / 5 günlük iş həftəsi Vəzifə (peşə) üzrə əmək haqqı Ştat cədvəlinə uyğun olaraq Əlavə ödəniş –
Təhsil istiqaməti/ixtisası: Texniki yönümlü Mühəndislik Layihələrin idarə olunması Minimum təhsil dərəcəsi Bakalavriat Sahə üzrə iş təcrübəsi 5 il
Tələb olunan biliklər: Rəhbərlik etdiyi sahənin fəaliyyətini tənzimləyən normativ aktlar və rəhbərliyin əmr, qərar və sərəncamlarına dair biliklər; Layihələrin idarə edilməsinin əsaslarına dair biliklər.
Fərdi keyfiyyət göstəriciləri: Planlaşdırma Analitik düşüncə Qərar qəbuletmə Strateji düşüncə Hədəfi müəyyənləşdirmə Dəyişiklikləri idarə etmə Digər tələb və üstünlük göstəriciləri Layihələrin idarə olunması üzrə xaricdə təhsil; Primavera programına dair biliklər; Korporativ loyallıq, operativlik; Böyük komandalarla işləmək təcrübəsi; Ünsiyyət bacarığı.
Komputer bilikləri: MS Excel-yaxşı MS Word-yaxşı MS Access-yaxşı Dil bilikləri İngilis-sərbəst Rus-sərbəst Tələb olunan vəsiqə və ya sertifikat Tələb edilmir
Vəzifə öhdəlikləri: Şirkət üzrə layihələrin yerinə yetirilməsi üçün zəruri məlumatların toplanılması və təqdimatların hazırlanılması; Layihələr üzrə məlumatların təhlili; Layihə üzrə aparılan işlərin şirkətin digər struktur bölmələri ilə koordinasiya edilməsi; Layihə üzrə aparılan işlərin müəyyən olunmuş norma və standartlara, layihə planına və büdcəsinə uyğunluğunun təmin edilməsi; Layihə üzrə zəruri sənədləşmə işlərinin aparılması; Ümumi idarəetmə və tapşırıqların/layihə komponentlərinin yerinə yetirilməsi sahəsində təkliflərin verilməsi; Müqavilələr üzrə mübahisəli məsələlərin və layihənin icrasında maneələrin müəyyən olunması və aradan qaldırılmasında iştirak edilməsi; Xərclərə nəzarət etmək üçün müqavilələr üzrə təklif olunan tədbirlər barədə məlumatın verilməsi; Layihələr üzrə ayrılan vəsaitlərin xərclənməsi və işlərin ehtimal olunan dəyəri ilə əlaqədar monitorinqin aparılması; Daimi inkişaf üçün müqavilə üzrə işlərin idarə edilməsində köməklik və dəstəyin göstərilməsi; Tikinti və ya yenidənqurmanın layihələndirmə standartlarına uyğunluğu, iqtisadi səmərəliliyi üçün tərəqqi hesabatlarına və layihələndirmə təkliflərinə baxılması; Tərtib olunmuş müvafiq formalara uyğun aylıq, illik və ya rüblük hesabatların hazırlanması; Podratçılar tərəfindən təqdim olunmuş fiziki tərəqqi hesabatlarının analiz edilməsi və layihənin icrası zamanı yaranmış gecikmələrin səbəblərinin araşdırılması.
Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi 230

Azərbaycan Dəmir Yolları

Əlaqə İnformasiya:
hr.recruitment@ady.az, +994124996540, Rəsmi saytda Onlayn müraciət edin https://career.ady.az/Candidate/Index

Yayım tarixi

Bu səhifəni Paylaş -
Saxla Yadda Paylaş FaceBook Paylaş Twitter Paylaş MAIL.ru Paylaş WhatsApp