Əməyin mühafizəsi və texniki təhlükəsizlik üzrə mühəndis – İmişli rayounu

Əmək şəraiti: Ofisdaxili İş vaxtının norması 08:00-17:00 / 5 günlük iş həftəsi Vəzifə (peşə) üzrə əmək haqqı Ştat cədvəlinə uyğun olaraq Əlavə ödəniş –
Təhsil istiqaməti/ixtisası: İstənilən Minimum təhsil dərəcəsi Orta ixtisas təhsili
Sahə üzrə stajı: 1 il
Tələb olunan biliklər: Əməyin təhlükəsizliyi üzrə mühəndislik işinə aid olan yuxarı və digər orqanların qərar, sərəncam və əmrləri, metodiki, normativ və rəhbər materialları; Müsəssisənin spesifik xüsusiyyətləri, enerji təsərrüfatı, onun inkişaf perspektivləri; İşlənib hazırlanan və istifadə olunan texniki vasitələrin, elektrik qurğuların iş prinsipi, texniki və konstruktiv xüsusiyyətləri, onların istismar qaydaları; Tədqiqat metodları, işin yerinə yetirilməsinin qayda və şərtləri; Texniki sənədlərin tərtibi və rəsmiləşdirilməsi üzrə qüvvədə olan standartlar, texniki şərtlər, əsasnamə və təlimatlar; Tədqiqatların və işlənib hazırlanmış işlərin iqtisadi səmərəsinin müəyyən edilməsi, texniki hesabatların aparılması metodları; Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizənin qayda və normaları
Fərdi keyfiyyət göstəriciləri: Keyfiyyət yönümlülük Diqqətlilik İntizamlılıq Digər tələb və üstünlük göstəriciləri –
Komputer bilikləri: MS Word-yaxşı MS Excel-yaxşı Dil bilikləri Rus-yaxşı Tələb olunan vəsiqə və ya sertifikat Tələb edilmir
Vəzifə öhdəlikləri: Metodiki və normativ materialların, texniki sənədlərin eləcə də işlənib hazırlanmış layihə və proqramların yerinə yetirilməsi üçün əməyin mühafizəsi üzrə tədbirlər və təkliflərin işlənib hazırlanması; Təsdiq olunmuş forma və müəyyən olunmuş müddətlər üzrə qoyulmuş hesabatların tərtib edilməsi; İş yerlərində əməyin mühafizəsinə aid tədbirlər planının hazırlanması; Sanitariya və gigiyena qaydalarına riayət olunmasına nəzarət edilməsi; Əməyin mühafizəsinə dair bilgilərin digər əməkdaşlara öyrədilməsi və təbliğinin təşkil edilməsi; Sahənin bütün bölmələrində əmək şəraiti və əməyin mühafizəsinə nəzarət edilməsi; İşə yeni qəbul olunan işçilərlərə giriş təlimatının aparılması; İş yerlərində aparılan bütün təlimatlara nəzarət edilməsi.
Ünvan: İmişli rayounu, İmişli şəhəri, M.Sadıqcan küçəsi 1

Azərbaycan Dəmir Yolları

Əlaqə İnformasiya:
hr.recruitment@ady.az, +994124996540, Rəsmi saytda Onlayn müraciət edin https://career.ady.az/Candidate/Index

Yayım tarixi
Bu səhifəni Paylaş - Saxla Yadda Paylaş FaceBook Paylaş Twitter Paylaş MAIL.ru Paylaş WhatsApp