Elektrik təchizatı üzrə mühəndis – Bakı şəhəri

Əmək şəraiti: Ofisdaxili İş vaxtının norması 09:00-18:00 / 5 günlük iş həftəsi Vəzifə (peşə) üzrə əmək haqqı Ştat cədvəlinə uyğun olaraq Əlavə ödəniş –
Təhsil istiqaməti/ixtisası: Elektik təchizatı üzrə mühəndis Minimum təhsil dərəcəsi Bakalavriat
Sahə üzrə stajı: 1 il
Tələb olunan biliklər: Dəmir yolunun cari saxlanışına dair təlimatı haqqında biliklər; Azərbaycan Dövlət Dəmir Yolunun texniki istismar qaydalarına dair biliklər; İşinə aid olan yuxarı və digər orqanların qərar, sərəncam və əmrləri, metodiki, normativ və rəhbər materiallara dair biliklər; İşin yerinə yetirilməsinin qayda və şərtlərinə dair biliklər; Texniki sənədlərin tərtibi və rəsmiləşdirilməsi üzrə qüvvədə olan standartlar, texniki şərtlər, əsasnamə və təlimatlara dair biliklər; Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizənin qayda və normalarına dair biliklər.
Fərdi keyfiyyət göstəriciləri: Keyfiyyət yönümlülük Planlaşdırma Diqqətlilik Digər tələb və üstünlük göstəriciləri Xaricdə bakalavr və magistr təhsili olan namizədlərə üstünlük verilir.
Komputer bilikləri: MS Word-yaxşı MS Excel-yaxşı MS Access-yaxşı Dil bilikləri İngilis-orta Rus-yaxşı Tələb olunan vəsiqə və ya sertifikat Tələb edilmir
Vəzifə öhdəlikləri: Dartı yarımstansiyası və kontakt şəbəkəsi üzrə aktivlərə olan ehtiyacın müəyyən edilməsi, onların əldə edilməsi, istismarı, müayinəsi, müxtəlif səviyyəli cari və əsaslı təmiri, modernizasiyası, yenilənməsi və silinməsi ilə bağlı proseslərin təkmilləşdirilməsi, sistemləşdirilməsi və səmərəli təşkil edilməsi ilə bağlı rəy və təkliflərin verilməsi; Dartı yarımstansiyası və kontakt şəbəkəsinin aktivlərinin idarə edilməsi üzrə informasiyanın məzmunu, forması və avtomatlaşdırılması ilə əlaqədar təkliflərin verilməsi, elektron və yazılı məlumat bazasının yaradılmasında və yenilənməsində iştirak edilməsi; Dartı yarımstansiyası və kontakt şəbəkəsi üzrə aktivlərinin idarə edilməsi ilə əlaqədar risklərin aşkar edilməsi və tənzimlənilməsində iştirak edilməsi.
Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi 230

Azərbaycan Dəmir Yolları

Əlaqə İnformasiya:
hr.recruitment@ady.az, +994124996540, Rəsmi saytda Onlayn müraciət edin https://career.ady.az/Candidate/Index

Yayım tarixi
Bu səhifəni Paylaş - Saxla Yadda Paylaş FaceBook Paylaş Twitter Paylaş MAIL.ru Paylaş WhatsApp