Elektrik – Qəbələ şəhəri

Əmək şəraiti: Ofisdaxili və ofisxarici İş vaxtının norması 2 növbəli Vəzifə (peşə) üzrə əmək haqqı Ştat cədvəlinə uyğun olaraq Əlavə ödəniş –
Təhsil istiqaməti/ixtisası: Elektrik təsərrüfatı Minimum təhsil dərəcəsi Peşə təhsili Sahə üzrə iş təcrübəsi 1 il
Tələb olunan biliklər: Telemexanika və elektronikanın əsasları üzrə biliklər; Müxtəlif elektrik maşınları, aparatlar, ölçü, avtomatik tənzimləmə və telemexanika cihazlarının qurulması və elektrik sxemləri üzrə biliklər; Elektrik avadanlığı, kabel və hava şəbəkələrinin təcrübədən keçirilməsi metodları; Xidmət göstərilən obyekt və ya sahənin elektrik sxemi üzrə biliklər; Mürəkkəb elektrik cihazlarının, civə düzləndiriciləri və aparatların, həmçinin avtomatik tənzimləmə cihazlarının sazlanması və təmiri qaydaları; Çeviricilərin, maşın və lampa generatorlarla olan yüksək tezlikli qurğuların iş prinsipləri üzrə biliklər; Fi kosinusun yüksəldilməsi üçün statik kondensatorlarda tələbatın hesablanması qaydaları; Nəzarət-ölçü cihazlarının sazlanması və tənzimlənməsi qaydaları.
Fərdi keyfiyyət göstəriciləri: Keyfiyyət yönümlülük Diqqətlilik İntizamlılıq Digər tələb və üstünlük göstəriciləri 35 yaşadək namizədlərə üstünlük verilir.
Komputer bilikləri: – Dil bilikləri – Tələb olunan vəsiqə və ya sertifikat Tələb edilmir
Vəzifə öhdəlikləri: Mürəkkəb qoşma sxemli güc və işıqlandırıcı qurğulara xidmət göstərilməsi; İkinci kommunikasiya və adi rele müdafiəsi: maksimal, cərəyan, differensial və s. sxemlərinin sökülməsi və quraşdırılması; İdarə yarımstansiyalarında, transformator elektrik yarımstansiyalarında nəzarət-ölçü cihazları və ölçü transformatorlarının dəyişdirilməsi; Elektrik avadanlığı və axın xəttinə bağlanmış maşın və aqreqat sxemlərinə, həmçinin texnoloji prosesin avtomatik tənzimlənməsi ilə avadanlığa xidmət göstərilməsi; Yarımstansiyanın elektrik avadanlığının, texnoloji maşınların, avtomatika və telemexanika cihazlarının mürəkkəb sxem və qurğularının yoxlanması və qüsurların aradan qaldırılması; Elektron idarəetmə sxemli qaynaq avadanlığına, həmçinin yüksək tezlikli lampa generatorlarına xidmət göstərilməsi; Elektromaqnit idarəetmə sistemli, cərəyan və gərginlik üzrə əks-rabitəli aqreqat və dəzgahların elektrik avadanlığına xidmət göstərilməsi.
Ünvan: Qəbələ şəhəri, Qəbələ dəmir yolu stansiyası

Azərbaycan Dəmir Yolları

Əlaqə İnformasiya:
hr.recruitment@ady.az, +994124996540, Rəsmi saytda Onlayn müraciət edin https://career.ady.az/Candidate/Index

Yayım tarixi
Bu səhifəni Paylaş - Saxla Yadda Paylaş FaceBook Paylaş Twitter Paylaş MAIL.ru Paylaş WhatsApp