Elektrik qaz qaynaqçısı-kəsici – Hacıqabul rayonu

Əmək şəraiti: Ofisxarici İş vaxtının norması 6 günlük iş həftəsi: 09:00-17:00 / 5 gün, 09:00-15:00 / 1 gün Vəzifə (peşə) üzrə əmək haqqı Ştat cədvəlinə uyğun olaraq Əlavə ödəniş –
Təhsil istiqaməti/ixtisası: – Minimum təhsil dərəcəsi Orta təhsil Sahə üzrə iş təcrübəsi –
Tələb olunan biliklər: Elektrik və qaz qaynaq avadanlıqlarının işlədilməsi qaydaları; Fərdi mühafizə vasitələrindən istifadə qaydaları; Orta təzyiqdə işləyən boru və kəmərlərin qaynaq xüsusiyyətlərinə dair biliklər; Qaynaq edilən detalın forma və qalınlığından asılı olaraq metalların qaynaq rejimlərinin müəyyən edilməsi üsullarına dair biliklər; Qaynaq edilən metalların texnologiyası, müxtəlif növ elektrik və qaz qaynağı aparatlarının istismarı və təmiri qaydalarına dair biliklər; Səyyar qaynaq avadanlıqlarından istifadəyə dair biliklər; Yanacaq avadanlığı vasitəsilə metalları kəsməyə dair biliklər.
Fərdi keyfiyyət göstəriciləri: Keyfiyyət yönümlülük Diqqətlilik İntizamlılıq Digər tələb və üstünlük göstəriciləri –
Komputer bilikləri: – Dil bilikləri – Tələb olunan vəsiqə və ya sertifikat Elektrik qaz qaynaqçısı-kəsici sertifikatı
Vəzifə öhdəlikləri: İstehsalatda avadanlıqlar vasitəsilə qaynaqlama və kəsmə əməliyyatlarının həyata keçirilməsi; Avadanlığın, qaz balonlarının daşınması və saxlanması qaydalarına riayət olunması və onların tam təhlükəsiz istismarı üçün lazımi tədbirlərin görülməsi; Müvafiq əməliyyatların tələblərinə uyğun olaraq spesifikasiyalara əsasən qaynağın xüsusiyyətlərindən və tələb olunan metoddan asılı olaraq vaqonun hissə və detallarının qaynaq edilməsi; Avadanlıqların daim saz və təhlükəsiz saxlanması üçün lazımi yoxlama, nizamlama və qabaqlayıcı tədbirlərin həyata keçirilməsi.
Ünvan: Hacıqabul rayonu, Hacıqabul şəhəri, Həmid Həmidov küçəsi

Azərbaycan Dəmir Yolları

Əlaqə İnformasiya:
hr.recruitment@ady.az, +994124996540, Rəsmi saytda Onlayn müraciət edin https://career.ady.az/Candidate/Index

Yayım tarixi
Bu səhifəni Paylaş - Saxla Yadda Paylaş FaceBook Paylaş Twitter Paylaş MAIL.ru Paylaş WhatsApp