Elektrik qaz qaynaqçısı-kəsici – Bakı şəhəri

Əmək şəraiti: Ofisdaxili İş vaxtının norması 2 növbəli Vəzifə (peşə) üzrə əmək haqqı Ştat cədvəlinə uyğun olaraq Əlavə ödəniş –
Təhsil istiqaməti/ixtisası: İstənilən Minimum təhsil dərəcəsi Orta ixtisas təhsili
Sahə üzrə stajı: 1 il
Tələb olunan biliklər: Elektrik və qaz qaynaq avadanlıqlarının işlədilmə qaydaları; Fərdi mühafizə vasitələrindən istifadə qaydaları; Orta təzyiqdə işləyən boru və kəmərlərin qaynaq xüsusiyyətlərinə dair biliklər; Qaynaq edilən detalın forma və qalınlığından asılı olaraq metalların qaynaq rejimlərinin müəyyən edilməsi üsullarına dair biliklər; Qaynaq edilən metalların texnologiyası; müxtəlif növ elektrik və qaz qaynağı aparatlarının istismarı və təmiri qaydalarına dair biliklər; Səyyar qaynaq avadanlıqlarından istifadəyə dair biliklər; Yanacaq avadanlığı vasitəsilə metalları kəsməyə dair biliklər.
Fərdi keyfiyyət göstəriciləri: Keyfiyyət yönümlülük Diqqətlilik İntizamlılıq Digər tələb və üstünlük göstəriciləri –
Komputer bilikləri: – Dil bilikləri – Tələb olunan vəsiqə və ya sertifikat Tələb edilmir
Vəzifə öhdəlikləri: Müvafiq elektrodların seçilməsi; Enerji mənbəyinin yoxlanılması, uyğunlaşdırılması; İstehsalatda avadanlıqlar vasitəsilə qaynaqlama və kəsmə əməliyyatlarının həyata keçirilməsi; Avadanlığın, qaz balonlarının daşınma və saxlanma qaydalarına riayət olunması və onların tam təhlükəsiz istismarı üçün lazımı tədbirlərin görülməsi; Müvafiq əməliyyatların tələblərinə uyğun olaraq spesifikasiyalara əsasən qaynağın xüsusiyyətlərindən və tələb olunan metoddan asılı olaraq vaqonun hissə və detallarının qaynaq edilməsi; Avadanlıqların daim saz və təhlükəsiz saxlanması üçün lazımi yoxlama, nizamlama və qabaqlayıcı tədbirlərin həyata keçirilməsi.
Ünvan: Bakı şəhəri, Biləcəri qəsəbəsi

Azərbaycan Dəmir Yolları

Əlaqə İnformasiya:
hr.recruitment@ady.az, +994124996540, Rəsmi saytda Onlayn müraciət edin https://career.ady.az/Candidate/Index

Yayım tarixi
Bu səhifəni Paylaş - Saxla Yadda Paylaş FaceBook Paylaş Twitter Paylaş MAIL.ru Paylaş WhatsApp