Ekologiya və ətraf mühitin mühafizəsi üzrə mütəxəssis – Bakı şəhəri

Əmək şəraiti: Ofisdaxili İş vaxtının norması 09:00-18:00 / 5 günlük iş həftəsi Vəzifə (peşə) üzrə əmək haqqı Ştat cədvəlinə uyğun olaraq Əlavə ödəniş –
Təhsil istiqaməti/ixtisası: Ekologiya Ekologiya mühəndisliyi Minimum təhsil dərəcəsi Bakalavriat Sahə üzrə iş təcrübəsi –
Tələb olunan biliklər: Azərbaycan Respublikasının ekologiyaya dair qanunvericiliyi (Ətraf mühitin mühafizəsi haqqında, Ekoloji təhlükəsizlik haqqında, Yerin təki haqqında, Atmosfer havasının mühafizəsi haqqında, İstehsalat və məişət tullantıları haqqında və s.) üzrə biliklər; Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrində kargüzarlığın aparılması üzrə biliklər; Sənədləşdirmə və hesabatların tərtib edilməsi üzrə biliklər; Cəmiyyətin fəaliyyəti üçün rəhbərlik tərəfindən qəbul olunan sərəncam, əmr, metodik, normativ və digər rəhbər materiallar üzrə biliklər; Sağlamlıq, əməyin təhlükəsizliyi və ətraf mühitin mühafizəsinə dair qayda və prosedurlar üzrə biliklər.
Fərdi keyfiyyət göstəriciləri: Keyfiyyət yönümlülük Diqqətlilik İntizamlılıq Digər tələb və üstünlük göstəriciləri Rus və ingilis dili biliyi yaxşı səviyyədə olan namizədlərə üstünlük verilir.
Komputer bilikləri: MS Office-yaxşı Dil bilikləri – Tələb olunan vəsiqə və ya sertifikat Tələb edilmir
Vəzifə öhdəlikləri: Cəmiyyətdə ətraf mühitin mühafizəsi və təbiətdən səmərəli istifadə üzrə illik tədbirlərin hazırlanması və Cəmiyyətin bütün struktur vahidləri tərəfindən vaxtında yerinə yetirilməsi üzrə nəzarətin təmin edilməsi; Təbiəti mühafizə və təbii ehtiyatlardan səmərəli istifadə üzrə müəyyən edilən tədbirlərin tabeli qurumlarda həyata keçirilməsi işinin təşkil edilməsi; Ətraf mühitin mühafizəsi və təbiətdən səmərəli istifadə üzrə işlənən perspektiv tədbirlərin plan layihələrinin əlaqədar qurumlarla razılaşdırılmasına dəstək verilməsi və prosesə nəzarət edilməsi; Azərbaycan Respublikasının ətraf mühitin mühafizəsi sahəsində #x201C;Ətraf mühitin mühafizəsi haqqında #x201D;, #x201C;Ekoloji təhlükəsizlik haqqında #x201D;, #x201C;Yerin təki haqqında #x201D;, Atmosfer havasının mühafizəsi haqqında #x201D;, #x201C;İstehsalat və məişət tullantıları haqqında #x201D; Azərbaycan Respublikasının qanunlarının, ekologiya və ətraf mühitin mühafizəsi sahəsində mövcud olan digər hüquqi normativ aktların tələblərinin yerinə yetirilməsinə nəzarət edilməsi; Ekologiya və ətraf mühitin mühafizəsi sahəsində Cəmiyyətin struktur qurum və bölmələrində dövlət statistikasının aparılmasına dair hər il 2-TG (su təsərrüfatı), 2-TG (hava), 2-TG (tullantılar) və 4-ətraf mühit formalı dövlət statistik hesabatlarının tələblərə müvafiq hazırlanması, toplanması, razılaşdırılması və göstəricilərin təhlil edilməsinin həyata keçirilməsi; İstehsalat proseslərinin ətraf mühitə etdiyi təsirləri azaltmaq üçün tədbirlərin görülməsi; Həyata keçirilən ətraf mühit proqramlarının effektivliyinin yoxlanılması; Ekoloji pozuntuların müəyyənləşdirilməsi və həll edilməsi; Ətraf mühitin sağlamlığı və təhlükəsizliyi prosedurlarına dair işçilərin mütəmadi şəkildə məlumatlandırılması.
Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi 230

Azərbaycan Dəmir Yolları

Əlaqə İnformasiya:
hr.recruitment@ady.az, +994124996540, Rəsmi saytda Onlayn müraciət edin https://career.ady.az/Candidate/Index

Yayım tarixi
Bu səhifəni Paylaş - Saxla Yadda Paylaş FaceBook Paylaş Twitter Paylaş MAIL.ru Paylaş WhatsApp