Drezin sürücüsü – Bakı şəhəri

Əmək şəraiti: Ofisxarici İş vaxtının norması 2 növbəli Vəzifə (peşə) üzrə əmək haqqı Ştat cədvəlinə uyğun olaraq Əlavə ödəniş –
Təhsil istiqaməti/ixtisası: – Minimum təhsil dərəcəsi Orta təhsil
Sahə üzrə stajı: 2 il
Tələb olunan biliklər: Drezinin, onun mexanizm və avadanlıqlarının quruluşu; Drezinin istismar qaydaları, nəzarət-ölçü cihazlarının quruluşu və təyinatı; Yanacaq-sürtgü materiallarının xarakteristikaları, xüsusiyyətləri və onlara qoyulan tələblər; Adamların və yüklərin drezində daşınma qaydaları, yükləmə, boşaldılma və kran avadanlığının köməyi ilə görülən digər işlərin yerinə yetirilmə qaydaları; Drezinin və onun kran avadanlığının təkər cütlərinin, düyünlərinin texniki baxışının, təmirinin növləri, müddətləri və qaydaları; Elektrotexnikanın, mexanikanın və hidravlikanın əsasları; Yüksək voltajlı iş şəraitində təhlükəsizlik qaydaları.
Fərdi keyfiyyət göstəriciləri: Keyfiyyət yönümlülük Diqqətlilik İntizamlılıq Digər tələb və üstünlük göstəriciləri –
Komputer bilikləri: – Dil bilikləri – Tələb olunan vəsiqə və ya sertifikat Drezin nəqliyyatını idarəetmə şəhadətnaməsi (AU-15 forma)
Vəzifə öhdəlikləri: Dəmir yollarında hərəkət zamanı drezinin idarə edilməsi; Fəhlələrin, materialların, avadanlıqların və qurğuların iş yerinə daşınması; Stansiya hüdudunda manevr işlərinin görülməsi; Təmir, quraşdırma, yükləmə və daşınma işlərində kran qurğuları və digər xüsusi drezin mexanizmləri və qurğularının idarə edilməsi; Drezinin, onun avadanlığının saz vəziyyətdə saxlanılması və onlara qulluq edilməsi; Drezinin, onun qaldırıcı və digər xüsusi qurğularının nasazlıqlarının aradan qaldırılması.
Ünvan: Bakı şəhəri, Pirşağı qəsəbəsi, Pirşağı stansiyası

Azərbaycan Dəmir Yolları

Əlaqə İnformasiya:
+994124996540, https://career.ady.az/Candidate/Index

Yayım tarixi

Bu səhifəni Paylaş -
Saxla Yadda Paylaş FaceBook Paylaş Twitter Paylaş MAIL.ru Paylaş WhatsApp